Minskdə VI Belarus Beynəlxalq Media Forumu işə başlamışdır

İyunun 22-də Minskdə VI Belarus Beynəlxalq Media Forumu işə başlamışdır. Forumda 21 ölkənin jurnalist və media ekspertləri iştirak edirlər. 
Tədbirdə Azərbaycanı Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Forum Belarus İnformasiya Nazirliyi və Jurnalistlər İttifaqı, MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu, İcraiyyə Komitəsi, Belarus Xarici İşlər, Mədəniyyət, Müdafiə nazirlikləri və bir sıra qurumların təşkilatçılığı ilə keçirilir.
"Gələcək naminə tərəfdaşlıq: vətənpərvərlik, mənəviyyat, həmrəylik" devizi altında 4 gün davam edəcək forumda çıxışlar olacaq, "Sivilizasiyaların birliyi Birlik dövlətlərinin suveren inkişafının əsası kimi", "Kütləvi informasiya vasitələrinin siyasi reallıqların formalaşdırılmasında yeni rolu", "Belarus Respublikası müasir geosiyasi proseslər kontekstində" mövzularında müzakirələr aparılacaqdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında