Türkiyədə "İlyas Əfəndiyev. Həyatı və əsərləri" monoqrafiyası çapdan çıxmışdır

Xalq yazıçısı İlyas Əfəndiyevin əsərləri xarici ölkələrdə tez-tez nəşr olunur, onun yaradıcılığı ədəbiyyatşünaslar tərəfindən tədqiq edilir. 
Qardaş Türkiyə oxucuları da böyük ədibin əsərləri ilə yaxından tanışdırlar. Son illərdə İlyas Əfəndiyevin məşhur "Geriyə baxma, qoca", "Üçatılan" romanları, "Seçilmiş pyeslər"i türk dilində nəşr edilmiş, oxucuların və ədəbi-elmi ictimaiyyətin dərin rəğbətini qazanmışdır.
Bu günlərdə Ankaradakı "Fenomen" nəşriyyatında türk ədəbiyyatşünası, Atatürk Universitetinin dosenti Sedat Adıgözəlin "İlyas Əfəndiyev. Həyatı və əsərləri" monoqrafiyası çapdan çıxmışdır.
Monoqrafiyada İlyas Əfəndiyevin yaradıcılığı təhlil olunmuş, əsərlərinin bədii-estetik xüsusiyyətləri müəyyənləşdirilmişdir. Müəllif xüsusi qeyd etmişdir ki, əsərlərinin əksəriyyətini sovet dönəmində yazmış İlyas Əfəndiyev roman və pyeslərində hakim ideologiyanı tərənnüm etməmiş, sadə insanların həyatını, onların məhəbbətini, arzu və istəklərini böyük ustalıqla qələmə almışdır. Buna görə də onun əsərləri coğrafi sərhədləri adlayaraq, yeni-yeni oxucu auditoriyalarının sevgisini qazanır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında