Rusiya-Azərbaycan sərhədi müəyyən edilmişdir

Rusiya Federasiyasının Federasiya Şurası 298-ci plenar iclasında "Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədi haqqında Müqavilənin ratifikasiyası barədə" Federal Qanunu bəyənmişdir. 
2010-cu il sentyabrın 3-də Bakıda imzalanmış bu müqavilə Rusiya, Azərbaycan və Gürcüstan dövlət sərhədlərinin birləşdiyi nöqtədən Xəzər dənizinə qədər ümumi quru sərhədin keçdiyi xətti təsbit edir. İkitərəfli müqavilə iki ölkənin vətəndaşlarının sərbəst ünsiyyətinə maneə yaratmadan sərhəd rejiminin möhkəmlənməsinə yönəlmiş tədbirlər həyata keçirməyə imkan verəcəkdir.
Müqaviləyə qoşma sənədlərdə qeyd edilir ki, bu xətt keçmiş Dağıstan MSSR və keçmiş Azərbaycan SSR arasında inzibati sərhədə uyğundur. Rusiya-Azərbaycan sərhədinin demarkasiyası zərurəti ondan irəli gəlir ki, SSRİ dağılandan sonra bu iki dövləti bir-birindən keçmiş müttəfiq respublikalar arasında inzibati sərhəd ayırırdı.
Rusiya Azərbaycanın dövlət sərhədi haqqında müqavilə imzaladığı ilk ölkədir. Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında quru sərhədin uzunluğu 284 kilometrdir. Rusiyanın dövlət sərhədinin ümumi uzunluğu 60 min kilometrə yaxındır.

{nl}

Asya HACIZADƏ AzərTAc-ın xüsusi müxbiri
Moskva

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında