ABŞ Dövlət Departamenti Hərbi-Siyasi İşlər Bürosunun rəsmisi Katrin Boynton Tərtər rayonunda olmuşdur

ABŞ Dövlət Departamenti Hərbi-Siyasi İşlər Bürosunun rəsmisi xanım Katrin Boynton Tərtər rayonunda olmuşdur. 
K.Boynton əvvəlcə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovla görüşmüşdür. Sonra qonaqlar ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) həyata keçirdiyi "Azərbaycanın Tərtər regionunda mina qurbanları və müharibədən zərər çəkən insanlar üçün Peşə Təlimi Mərkəzinin yaradılması", "Kooperativ təsərrüfat yaratmaqla Tərtər Regional Peşə Təlimi Mərkəzinin genişləndirilməsi" və "Əlavə binaların tikilməsi yolu ilə Tərtər Regional Peşə Təlimi Mərkəzinin təkmilləşdirilməsi" layihələrinin icrası vəziyyəti ilə tanış olmuşlar.
Tərtər Regional Peşə Təlimi Mərkəzinin konfrans zalında toplantı keçirilmişdir. BAMF-ın sədri Umud Rəhimoğlu həyata keçirilən layihələr, Fondun regionda humanitar missiyası barədə ətraflı məlumat vermişdir.
Rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov BAMF-ın həyata keçirdiyi layihələrin əhəmiyyətindən danışmış, Peşə Təlimi Mərkəzinin gənclərin peşə bacarıqlarının artırılmasında rolunu yüksək qiymətləndirmişdir.
BAMF-ın proqramların inkişafı və beynəlxalq əlaqələr departamentinin rəhbəri Nik Nvolisa Fondun strategiyası və gələcəkdə görəcəyi işlər barədə danışmışdır.
Tədbirdə ABŞ səfirliyinin siyasi işlər üzrə müşaviri xanım Ceyms Smit, FİNCA-nın Azərbaycanda ölkə üzrə direktoru Maniş Sane, BAMF-ın sədri U.Rəhimoğlunun məsləhətçisi akademik Urxan Ələkbərov, Amerikanın Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurasının regional layihə koordinatoru Ülviyyə Məmmədova, ANAMA-nın nümayəndəsi Tural Məmmədzadə çıxış edərək Tərtər rayonunda həyata keçirilən layihələrin əhəmiyyətindən danışmışlar.
Məlumat verilmişdir ki, Peşə Təlim Mərkəzində 2010-cu ildə 64 nəfərə 4 istiqamətdə - xalçaçılıq, kompyuter bacarıqlarının inkişaf etdirilməsi, çörəkbişirmə və tingçilik peşələri üzrə təlimlər keçilmişdir. Toplantıda təlimləri uğurla başa vuran şəxslərə sertifikatlar verilmişdir.
Sonra qonaqlar ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə yaradılmış Kooperativ Təsərrüfatında, "Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası", BAMF-ın İcma Mina Aksiyası Komandası və Bank Olmayan "Avrasiya Kredit" MMC-nin ofislərində olmuşlar. Peşə Təlim Mərkəzi çərçivəsində xalçaçılıq təlimi üzrə təlim alan müdavimlərin əl işləri ilə tanışlıq onlarda böyük maraq doğurmuşdur. Amerikalı qonaqlara müdavimlərin əl işlərindən ibarət olan və üzərində ABŞ Dövlət Departamentinin loqosu, Azərbaycanın milli xalçaçılıq məktəbinin, o cümlədən Qarabağ xalçaçılıq məktəbinin nümunələri olan xalçalar hədiyyə edilmişdir.
Qeyd edək ki, hazırda Peşə Təlim Mərkəzində BAMF və Amerikanın Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurasının Azərbaycan nümayəndəliyi tərəfindən "İcma Məlumat Mərkəzi" adlı birgə layihənin icrasına başlanılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında