ATƏT-in baş katibi hesab edir ki, Kazandakı görüşdə Qarabağ münaqişəsinin həllini tapmaq olar

Kazanda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə görüş problemin həllinə gətirib çıxara bilər. ATƏT-in baş katibi Mark Perren de Brişambo belə hesab edir. Trend-in məlumatına görə, bu barədə RİA Novosti yazır.
"Biz bu regionda sülh və sabitliyə ümid edirik və əminik ki, Kazandakı görüş uğurla nəticələnəcək və münaqişənin həllinə gətirib çıxaracaq", - deyə Mark Perren çərşənbə günü Moskvada keçirilən mətbuat konfransında bəyan etmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan Dmitri Medvedevin dəvəti ilə iyunun 24-də Kazanda Rusiya Federasiyası Prezidentinin mükafatı uğrunda ənənəvi cıdır yarışına tamaşa edəcəklər. Bu barədə Rusiya Prezidentinin rəsmi saytında deyilir.
Növbəti üçtərəfli görüş çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinin müzakirə olunması planlaşdırılır.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında