Azərbaycan paytaxtında keçiriləcək hərbi paradla əlaqədar bir sıra küçə və prospektlərdə avtomobillərin hərəkəti üç gün tam məhdudlaşdırılacaq

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 93 illik yubileyi münasibəti ilə Bakıda keçiriləcək hərbi paradla bağlı iyunun 23-ü səhər saat 6.00 radələrindən Bakı şəhərinin bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin (BŞDYPİ) bölmə rəisi Vaqif Əsədovun APA-ya verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranmasının 93 illik yubileyi münasibəti ilə 26 iyun 2011-ci il tarixdə Bakı şəhəri "Azadlıq" meydanında ağır zirehli texnikaların iştirakı ilə irimiqyaslı hərbi parad keçiriləcək: "Bununla əlaqədar iyunun 23-ü saat 6.00-dan keçiriləcək tədbirin sonunadək "Azadlıq" meydanı və ona bitişik ərazilərdə, o cümlədən Nobel prospekti, Afiyəddin Cəlilov, Üzeyir Hacıbəyov küçələri və Zərifə Əliyeva prospektində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.
Həmçinin Xaqani küçəsi, Kövkəb Səfərəliyeva küçəsindən Rəsul Rza küçəsinədək, Rəsul Rza küçəsi, Xaqani küçəsindən Neftçilər prospektinədək, Neftçilər prospekti "Azneft" dairəsindən keçərək Qurban Abbasov küçəsinədək, Qurban Abbasov küçəsi Bakı-Astara yolunun 14 kilometrədək bağlanaraq "Azadlıq" meydanı və "Sahil" parkı istiqamətlərinə bütün növ nəqliyyat vasitələrinin hərəkəti dayandırılacaq.
Bütün əhali və sürücülərdən xahiş olunur ki, dövlət əhəmiyyətli tədbirin yüksək səviyyədə keçirilməsinə yardımçı olaraq, qeyd olunan istiqamətlərdə avtomobillərdən istifadənin mümkünsüzlüyünü təbii qəbul edib, metro və ictimai nəqliyyat vasitələrindən istifadə etsinlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında