Qaçaqmalçılıqla məşğul olan dəstənin üzvü yaxalanmışdır

Azərbaycan Respublikasının vətəndaşlarının həyat və sağlamlığının, sosial sahədə təhlükəsizliyinin etibarlı təmin olunması dövlətin prioritet vəzifələrindəndir və bununla bağlı hüquqazidd əməllərin, o cümlədən dərman vasitələrinin qanunsuz dövriyyəsinin aşkarlanması və qarşısının alınması üçün ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.
Milli Təhlükəsizlik Nazirliyi tərəfindən bu istiqamətdə aparılmış əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Mustafayev Anar Nazim oğlu saxlanılmışdır. Müəyyən olunmuşdur ki, Anar Mustafayev müvafiq dövlət qeydiyyatından keçmədən və lisenziya almadan hazırda şəxsiyyətləri istintaqla araşdırılan Azərbaycan, Türkiyə və İran vətəndaşları ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 2010-cu ildən 2011-ci ilin may ayının sonunadək külli miqdarda, yəni 53 min manatdan artıq məbləğ dəyərində müxtəlif adda və sayda dərman preparatlarını qaçaqmalçılıq yolu ilə gömrük sərhədinin gömrük nəzarətindən gizli keçirərək, Türkiyə və İrandan Azərbaycana gətirilməsini və Bakı şəhərində satışını təşkil etmişdir.
İstintaq-əməliyyat tədbirləri çərçivəsində Anar Mustafayevin idarə etdiyi "Mercedes-Benz" markalı avtomobilə, eləcə də yaşadığı mənzilə keçirilmiş baxış zamanı Türkiyədən və İrandan Azərbaycana qaçaq yolla gətirilmiş 163 adda 53 min manatdan artıq dəyərində çoxlu sayda dərman preparatları aşkar edilərək götürülmüşdür.
Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanılmışdır. Mustafayev Anar Nazim oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında