Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri ermənilərə çağırış etdi

Dağlıq Qarabağın azərbaycanlı icması prezidentlərin Kazan görüşündən müsbət nəticə gözləyir.Bu barədə APA-ya "Dağlıq Qarabağın azərbaycanlı icması" İctimai Birliyinin sədri Bayram Səfərov bildirib.
İcma rəhbəri hesab edir ki, Dağlıq Qarabağda yaşayan, Azərbaycan vətəndaşı olan ermənilər Azərbaycanda gedən inkişafı görür və bundan bəhrələnməyi düşünürlər. "Biz öz torpaqlarımıza darıxdığımız qədər oradakı sadə ermənilər də bizim ora qayıtmağımız üçün darıxırlar".
B. Səfərov deyib ki, Dağlıq Qarabağda 1992-ci ilə qədər yaşamış ermənilər və onların övladları Azərbaycan vətəndaşlarıdır. Dövlət onları vətəndaşlıq qeydiyyatından çıxarmayıb və istəsələr, Azərbaycan vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsi ala bilərlər: "Onlara verilən digər şəxsiyyət vəsiqələri saxtadır. Bu bölgədə yaşayanlar yalnız Azərbaycan vətəndaşı kimi Azərbaycanın pasportunu daşıya bilərlər. Mən onlara çağırış edirəm: bu zülmdən özünüzü qurtarın. Övladlarınıza yazığınız gəlsin".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında