Avropa İttifaqı ölkəmizlə əməkdaşlığa böyük əhəmiyyət verir

İyunun 21-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Avropa İttifaqı-Azərbaycan Parlamenti Əməkdaşlığı Komitəsinin 11-ci iclasında iştirak etmək məqsədi ilə ölkəmizə gəlmiş Avropa Parlamentinin üzvləri ilə görüşmüşdür. 
Ədliyyə Nazirliyindən bildirmişlər ki, ölkəmizin Avropa İttifaqı (Aİ) ilə tərəfdaşlıq və səmərəli əməkdaşlıq münasibətlərini qeyd edən nazir Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı çərçivəsində mühüm layihələr, o cümlədən ədliyyə sisteminin inkişafına dair birgə proqram həyata keçirildiyini vurğulamışdır. Nazir Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan ədliyyə və məhkəmə islahatları, o cümlədən hakimliyə namizədlərin ən mütərəqqi üsullarla seçimi və təlimi, yeni regional məhkəmələrin yaradılması, habelə penitensiar infrastrukturun müasirləşdirilməsi barədə məlumat vermişdir.
Avropa İttifaqının Azərbaycanla əməkdaşlığın daha da inkişaf etdirilməsinə böyük önəm verdiyini bildirən qonaqlar Aİ prezidentinin, Avropa Parlamenti sədrinin bu il ölkəmizə səfərlərini xatırlatmışlar. Avropalı deputatlar respublikamızın hərtərəfli dinamik inkişafını təqdir edərək, ölkəmizin dünyada ən sabit ölkələrdən olduğunu və baş verən mütərəqqi prosesləri yaxından izlədiklərini vurğulamışlar.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunmuş, o cümlədən insan hüquqlarının müdafiəsi, vətəndaş cəmiyyətinin inkişafı, antikorrupsiya fəaliyyəti barədə faydalı fikir mübadiləsi aparılmışdır.
Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşlar.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında