İlin sonuna qədər Azərbaycan ərazisinin 70-80 faizində rəqəmsal televiziya yayımı tətbiq olunacaq

Rəqəmli yayımı tətbiq etmək və analoq efir yayımını gücləndirmək məqs¦ədilə Qubada 73 metr hündürlüyündə yeni televiziya qülləsi tikilir
Bu ilin sonuna qədər Azərbaycan ərazisinin 70-80 faizində rəqəmsal televiziya yayımı tətbiq olunacaq. Bu barədə APA-ya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Teleradio İstehsalat Birliyinin texniki direktoru Mikayıl Abbasov bildirib. Onun sözlərinə görə, ölkənin şimal bölgəsini rəqəmsal televiziya ilə təmin etmək və analoq efir yayımını daha da gücləndirmək üçün hazırda Quba rayonunda 73 metr hündürlüyündə yeni televiziya qülləsi və texniki bina tikilir. Yeni qüllənin bu ilin sonuna qədər istifadəyə verilməsi planlaşdırılır.
M. Abbasov deyib ki, Ağsu televiziya stansiyasında bu ilin sonuna qədər rəqəmsal televiziya ötürücüsü quraşdırmaqla 12-15 rayonda rəqəmsal yayımı tətbiq etmək mümkün olacaq. Hazırda rəqəmsal televiziya yayımı Gəncədə, Lerikdə, Şirvanda olan televiziya stansiyaları vasitəsilə sözügedən rayonları və ətraf əraziləri əhatə edir. Bu ilin noyabr ayına qədər isə Naxçıvan Muxtar Respublikasında rəqəmsal televiziya yayımı başlanacaq. Bununla da bu ilin sonuna qədər ölkə ərazisinin 70-80 faizi rəqəmsal yayımla əhatə olunacaq.
Texniki direktorun sözlərinə görə, Bakıdakı televiziya qülləsinin texniki göstəriciləri rəqəmsal yayım üçün yetərlidir: "Bu qüllə nəinki bir, hətta bir necə rəqəmsal yayımı da həyata keçirməyə qadirdir. Ona görə də Bakıda əlavə qüllə tikməyə ehtiyac yoxdur".
M. Abbasov qeyd edib ki, Azərbaycan Nazirlər Kabinetinin respublikada rəqəmsal televiziya yayımının tətbiqi üzrə bu il 10 fevral tarixli 26 nömrəli sərəncamına əsasən, gələn il ölkədə rəqəmsal yayımla bağlı işlərin birinci hissəsi başa çatdırılacaq, 2013-cü ildə isə Azərbaycan ərazisinin 99 faizində rəqəmsal yayım həyata keçiriləcək.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında