Londondakı "Azərbaycan evi"ndə mərhum telejurnalist Çingiz Mustafayevin xatirəsi anılmışdır

Londondakı "Azərbaycan evi"ndə Azərbaycanın Milli Qəhrəmanı, mərhum telejurnalist Çingiz Mustafayevin ölümünün ildönümünə həsr edilmiş xatirə gecəsi keçirilmişdir.
Ölkəmizin Londondakı səfirliyindən bildirmişlər ki, tədbirdə Britaniya ictimaiyyətinin nümayəndələri, Azərbaycan icmasının üzvləri və diplomatik nümayəndəliyimizin əməkdaşları iştirak etmişlər.
Xatirə gecəsində jurnalistin həyat və fəaliyyətindən bəhs edən, ANS televiziyasının hazırladığı və ötən il CNN telekanalında yayımlanmış film göstərilmişdir.
Səfir Fəxrəddin Qurbanov, BBC-nin keçmiş əməkdaşı, hazırda "Gruntlers Art" qrupunun üzvü, yazıçı-jurnalist Vladimir Videman, Avropa-Azərbaycan Cəmiyyətinin təmsilçisi Emil Ağazadə Ç.Mustafayevin Ermənistanın Azərbaycana təcavüzü nəticəsində hərbi əməliyyatların beynəlxalq ictimaiyyətə çatdırılmasında əvəzsiz rolunu qeyd etmişlər.
Tədbirdə Ç.Mustafayevin yeni jurnalistikanın yaradılmasına təsirindən bəhs olunmuş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, xüsusilə də Xocalı soyqırımı haqqında məlumatların ilk dəfə məhz onun səyləri nəticəsində yerli və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldığı vurğulanmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında