"JW Marriott Absheron Baku" hoteli ilk qonaqlarını ilin sonunda qəbul edəcəkdir

Azərbaycanda 2011-ci ilin "Turizm ili" elan olunması bu sahənin inkişafına təkan vermişdir. İl ərzində Bakıda beşulduzlu 5 yeni beynəlxalq şəbəkə hotelinin fəaliyyətə başlayacağı gözlənilir.
Mədəniyyət və Turizm Nazirliyindən bildirmişlər ki, bu hotellərdən biri - "Marriott İnternational" şəbəkəsinə məxsus olan "JW Marriott Absheron Baku" hoteli cari ilin sonunda ilk qonaqlarını qəbul edəcəkdir.
Bu mehmanxana Bakının Azadlıq meydanında, keçmiş "Abşeron" hotelinin yerində inşa edilir. Hotelin çoxsaylı restoran və barları qonaqların xidmətində olacaqdır. Mehmanxanada qonaqların istirahəti üçün təmtəraqlı spa-salon, fitnes mərkəzi və 22-ci mərtəbədə hovuz fəaliyyət göstərəcəkdir. Bundan əlavə, mehmanxanada müşavirələr keçirilməsi üçün 1800 kvadratmetr sahə, o cümlədən pəncərələri Azadlıq meydanına açılan geniş (1200 kvadratmetr), sütunsuz salon nəzərdə tutulmuşdur.
Qeyd edək ki, "JW Marriott" lüks brendi 2012-ci ilin sonunadək ayrı-ayrı ölkələrdə 12 yeni hotel açmağı planlaşdırır. Beləliklə, "JW Marriott"un dünyanın 27 ölkəsində 64 hoteli və kurortu olacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında