2010-cu ildə Azərbaycanda 28 648 nəfər dövlət qulluqçusu olmuşdur

"Azadinform" rəsmi statistikaya əsasən xəbər verir ki, onlardan 25 606 nəfərini ixtisas dərəcəsi alanlar təşkil edir.
Dövlət qulluqçularının yaş dərəcələri üzrə bölgüsünə gəlincə, çoxluğu 45-54 yaşlılar təşkil edir. Bu yaş qrupu üzrə dövlət qulluqçularının sayı 8 752 nəfər olub. 35-44 yaşlılar 6365 nəfərlə ikinci yerdədir. 30 yaşadək olan dövlət qulluqçularının sayı 4 681 nəfərdir. 55-61 yaş qrupundan olan dövlət qulluqçularının sayı 3 827, 30-34 yaşlılar 3 756, 62 və yuxarı yaş həddində olanların sayı isə 1 267 nəfər təşkil edib.
1-4-cü təsnifatlar üzrə inzibati vəzifələri tutanların sayı 866 nəfərdir. Bu təsnifatda da 45-54 yaş qrupundan olan dövlət qulluqçuları üstünlük təşkil edir - 226 nəfər. 62 və yuxarı yaş həddindən olan vəzifəlilər 51 nəfərdir.
5-9-cu təsnifatlar üzrə inzibati vəzifələrdə çalışanların sayı isə 22 467 nəfərdir. 45-54 yaşlılar burada da çoxluq təşkil edir. Bu yaş qrupundan və bu təsnifatdan olan vəzifəlilərin sayı 7062 nəfərdir. 62 və yuxarı yaş həddindən olan vəzifəlilərin sayı bu təsnifat üzrə 1 131 nəfər təşkil edir.
Dövlət qulluğunun yardımçı vəzifələrində 5315 nəfər çalışır, onlardan 1464 nəfər 45-54 yaş qrupuna aiddir. 62 və yuxarı yaş həddində olan yardımçı vəzifəlilərin sayı 85 nəfərdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında