Baş Prokurorluğun Elm-Tədris Mərkəzində səyyar məşğələ təşkil olunmuşdur

İyunun 20-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ixtisasartırma kurslarına cəlb edilən dövlət hakimiyyətinin mərkəzi, şəhər, rayon təşkilatlarının, nümayəndəli orqanların, müvafiq nazirlik, komitə və idarələrin rəhbər işçiləri üçün Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzində səyyar məşğələ təşkil olunmuşdur. 
Baş Prokurorluğun mətbuat xidmətindən bildirmişlər ki, Elm-Tədris Mərkəzinin əməkdaşlarının da cəlb olunduqları tədbiri giriş sözü ilə açan mərkəzin rəisi Nazir Bayramov rəhbərlik etdiyi qurumun Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı"na uyğun olaraq prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, kadr potensialının gücləndirilməsi, yeni nəsil prokurorların formalaşdırılması və peşəkarlığının artırılmasına yardım etmək məqsədi ilə yaradıldığını xüsusi vurğulayaraq, onun strukturu, statusu, fəaliyyət istiqamətləri və prinsipləri barədə ətraflı məlumat vermişdir.
Dinləyicilərə mərkəzin kafedra, laboratoriya və digər qurumlarının fəaliyyəti, o cümlədən, elmi-praktiki araşdırmalar, metodiki işlər, tətbiq olunan müasir texnologiyalar barədə məlumatlar çatdırılmış, onları maraqlandıran suallar ətraflı cavablandırılmışdır.
Qonaqlara mərkəzin əməkdaşları tərəfindən hazırlanaraq tətbiq olunan "İmtahan", "Xüsusi məlumat" və digər informasiya proqramları, eyni zamanda texnoloji, metodiki məhsullar və müvafiq ədəbiyyatlar nümayiş etdirilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında