Bir qrup tanınmış sənət adamına Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqəsi təqdim olunmuşdur

İyunun 20-də Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında 9 nəfər sənət adamına YAP-ın üzvlük vəsiqələri təqdim edilmişdir. 
Bu münasibətlə keçirilən mərasimdə YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov çıxış edərək son vaxtlar mədəniyyət, incəsənət xadimlərinin, ümumiyyətlə, yaradıcı insanların partiyaya axınının gücləndiyini qeyd etmişdir.
YAP üzvlərinin sayının 540 min nəfərə çatdığını vurğulayan Ə.Əhmədov qeyd etmişdir ki, partiya gənclərimizin, yaradıcı insanların potensialının, istedad və bacarıqlarının aşkara çıxarılması üçün geniş imkanlar yaradır. 20 yaşı hələ tamam olmamış YAP üzvlərinin sayının bu qədər artması bizi olduqca məmnun edir. Hər il partiyanın sıralarına 20, 25, 30 min nəfər Azərbaycan vətəndaşı daxil olur. YAP-ın hər bir üzvü bu partiyanın şərəfidir, şöhrətidir, gücüdür, nüfuzudur. Biz partiyamızın gücünü rəqəmlərdə görmürük. YAP-ın gücü onun nüfuzunda, hörmətində, cəmiyyətimiz tərəfindən dəstəklənməsindədir.
Ə.Əhmədov vurğulamışdır ki, YAP-ın gücünün, nüfuzunun bir hissəsi də insanların bu partiyaya inanmasındadır. Əgər inam olmasaydı, bu qədər insan YAP üzvü olmazdı. Bu inamın kökündə də ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət, bu gün ölkəmizə rəhbərlik edən Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü işlər durur.
Bildirilmişdir ki, YAP-ın iqtisadi, sosial və digər sahələrdə çox yüksək inkişafa rəvac verən siyasət aparması Azərbaycan Prezidenti İlham Əliyevin partiyaya rəhbərlik etməsi ilə bağlıdır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nə qədər Azərbaycanın bu gününə xidmət edirsə, o qədər də Azərbaycanın sabahına xidmət edir. Azərbaycan hökuməti insanların daha mənalı, gözəl, firavan, xoşbəxt, rahat yaşaması naminə çalışır. YAP da bu ideyalar uğrunda mübarizə aparır.
Ə.Əhmədov 9 nəfər tanınmış sənət adamına üzvlük vəsiqəsini təqdim etmişdir.
Sənət adamları YAP-a üzv qəbul olunduqlarına görə partiya rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında