İstehsal göstəriciləri yüksəkdir

Cari ilin beş ayı ərzində "Mingəçevir" və "Şəmkir" su elektrik stansiyalarında elektrik enerjisi istehsalı ilə bağlı proqnoz tapşırıqlarına artıqlaması ilə əməl edilmişdir.
"Azərenerji" ASC-nin mətbuat xidmətindən aldığımız məlumata görə, Mingəçevir "SES Silsiləsi"nin kollektivi 5 aylıq proqnoz tapşırığını 101,1 faiz yerinə yetirmişdir. Hesabat dövründə ölkənin enerji sisteminə 558 milyon 281 min kilovat-saat elektrik enerjisi ötürülmüşdür ki, bu da nəzərdə tutulduğundan 6,2 milyon kilovat-saat çoxdur.
Hazırda "Mingəçevir" SES-in 110 kV-lik yeni tikilən yarımstansiyasında tamamlama işləri həyata keçirilir. İlin əvvəlindən dörd nömrəli avtotransformator təftiş olunmuş, bütün parametrlər üzrə sınaq aparılmışdır. Bununla yanaşı, mexaniki təmir korpusunun inşası başa çatmaq üzrədir. Yaxın vaxtlarda tamamlama işlərinə başlanması nəzərdə tutulur. Stansiyanın yeni inşa edilən baş idarə şitinin binasının zirzəmi hissəsində betonlama işləri artıq başa çatdırılmışdır.
Yeri gəlmişkən, "Mingəçevir SES Silsiləsi"nə daxil olan "Varvara" SES-in hidroaqreqatlarının yenidənqurulması işləri qrafikə uyğun davam etdirilir. Stansiyanın Kür çayının aşağı məcrasında sağ və sol sahilbərkitmə işləri başa çatmaq üzrədir. Stansiyaya Çin Xalq Respublikasının "CNEEC" firmasından və Fransanın "AREVA" şirkətindən avadanlıqlar daxil olmaqdadır. Xatırladaq ki, yenidənqurma işləri nəticəsində bu stansiyalarda 90 MVt əlavə generasiya gücü əldə ediləcəkdir.
"Şəmkir SES Silsiləsi"nə daxil olan hər iki stansiyadakı hidroaqreqatlar normal işləyir. "Şəmkir" SES-də cari ilin beş ayı ərzində istehsal 464,4 milyon kilovat-saat olub ki, bu da plan-proqnozda nəzərdə tutulduğundan çoxdur.
"Yenikənd" SES-də isə 191 milyon kilovat-saat əvəzinə 195,6 milyon kilovat-saat elektrik enerjisi istehsal edilmişdir. Hazırda hər iki stansiyanın su anbarları sel sularını qəbul edib normal şəkildə ötürür.

{nl}

M.YAQUBZADƏ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında