Gənclərə dövlət qayğısı bizə qol-qanad verir

Gənclərə göstərilən qayğı, diqqət hələ ulu öndər Heydər Əliyevin dövründə dövlət siyasətinin prioritet istiqamətlərindən olub. Həmin siyasət bu gün də uğurla davam etdirilir.
Bütün ölkə gəncləri kimi, mən də bu qayğını öz şəxsi həyatımda hiss edirəm. Özüm haqqında onu deyə bilərəm ki, Azərbaycan Universitetinin III kursunun əyani şöbəsində oxuyuram, 20 yaşım var, bədii-publisistik yaradıcılıqla məşğulam. İndiyədək respublikanın müxtəlif qəzet və jurnallarında ("Ulduz" jurnalı, "Respublia", "Şərq, "525-ci qəzet", "Kredo, "Kaspi", "Mədəniyyət", "Ədalət" qəzetlərində) dərc olunmuş, 40-dan çox elmi-publisistik məqalənin müəllifiyəm. İngilis və ərəb dillərini bilirəm. Görkəmli şərqşünas alim Əli Fəhmi haqqında neçə illərdən bəri apardığım araşdırmalarım - "Əli Fəhmi dünyası" adlı kitabım bu yaxınlarda "Adiloğlu" nəşriyyatında çapdan çıxmışdır. Ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanan bu kitabın Atatürk Mərkəzində təqdimatı keçirilmişdir. Hazırda "Dünya türkün olacaq" adlı kitabımı çapa hazırlayıram.
Həmkarlarım da yaxşı bilirlər ki, mənzil problemi olan gəncin yaradıcılıqla məşğul olması çox çətindir. Bu problemlə qarşılaşdğım barədə Heydər Əliyev Fonduna müraciət etdim. Bu gün istər siyasi, istər mədəni, istərsə də digər sahələrdə ölkə başçımızla çiyin-çiyinə çalışan Heydər Əliyev Fondunun prezidenti Mehriban xanımın daim gənclərə qayğı göstərdiyini bilirdim. Heydər Əliyev Fonduna ünvanladığım məktub Abşeron Rayon İcra Hakimiyyətinə göndərildi. RİH başçısı Zakir Fərəcov və Qobu Qəsəbə Bələdiyyəsinin sədri Ənvər Əmiraslanov mənə xoş münasibət göstərdilər. Qəsəbədə mənə torpaq sahəsi ayrılması üçün göstəriş verildi. Onu da qeyd edim ki, hörmətli Prezidentimizin məmurlara xalqla ədalətli rəftar etmək haqqında verdiyi tapşırıq Abşeron rayonunun və eləcə də Qobu Qəsəbə Bələdiyyəsinin fəaliyyətində özünü aydın göstərir.
Mənə göstərilmiş olan bu böyük qayğıya, mənəvi dəstəyə görə bütün xeyirxah insanlara, ilk növbədə isə ölkəmizin birinci xanımı Mehriban Əliyevaya dərin minnətdarlığımı bildirirəm.

{nl}

Yeqzar CƏFƏRLİ


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında