ABŞ dövlət katibinin hərbi-siyasi məsələlər üzrə köməkçisi Azərbaycana gələcəkdir

ABŞ dövlət katibinin hərbi-siyasi məsələlər üzrə köməkçisi Endrü C.Şapiro Azərbaycana gələcəkdir. 
AzərTAc ABŞ Dövlət Departamentinin saytına istinadla xəbər verir ki, E.C.Şapiro iyunun 24-də təhlükəsizlik məsələlərinə dair Bakıda aparılacaq Amerika-Azərbaycan danışıqlarında Birləşmiş Ştatların nümayəndə heyətinə başçılıq edəcəkdir. Beynəlxalq təhlükəsizlik məsələlərinə həsr ediləcək müzakirələr dənizdə təhlükəsizlik, terrorizmə qarşı mübarizə, sərhədlərin təhlükəsizliyi və digər sahələrdə ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinə istiqamətlənəcəkdir.
Bundan əlavə, E.C.Şapiro səfər çərçivəsində ölkəmizin yüksək vəzifəli mülki və hərbi məmurları ilə görüşəcəkdir. Bu görüşlərdə təhlükəsizlik sahəsində ən aktual təhdidlərlə bağlı diplomatik təşəbbüslər müzakirə olunacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında