"Mir" telekanalı Bakıda "Mənim yaddaş növbəm"aksiyası keçirəcəkdir

2011-ci il iyunun 22-də Böyük Vətən müharibəsinin başlanmasının 70-ci ildönümü ilə əlaqədar "Mir" teleradio şirkəti Bakıda "Mənim yaddaş növbəm" adlı aksiya keçirəcəkdir. "Mir" teleradio şirkətindən verilən məlumata görə bu aksiya səhər saat 5-də Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin abidəsi qoyulmuş parkda başlanacaqdır. 
Xatırladaq ki, elə həmin vaxtda Moskva, Almatı, Bişkek, Düşənbə, Minsk, Sankt-Peterburq, Tbilisi və digər şəhərlərdə də aksiya keçiriləcəkdir. "Mir" telekanalı bu aksiyada iştirak edən bütün şəhərləri əlaqələndirən telekörpü vasitəsilə birbaşa translyasiya təşkil edəcəkdir.
Mahiyyət etibarilə "Mənim yaddaş növbəm" aksiyası fleşmobdur. Müxtəlif şəhərlərdə və müxtəlif ölkələrdə yaşayan insanlar eyni vaxtda şamlar yandıraraq müharibəni yad edəcəklər. Bu tədbiri hər kəs öz evində də keçirməklə həmin müharibədə iştirak etmiş - cəbhədə döyüşmüş və ya arxa cəbhədə çalışmış qohumlarını və yaxınlarını yad edə bilər. Aksiya iştirakçılarının toplaşdığı əsas yerlər memorial komplekslər və Əbədi məşəl yandırılan meydanlar olacaqdır.
Aksiyanın saytında (vahta-pamyati.ru) hər kəs öz qohumlarının və yaxınlarının igidlikləri haqqında hekayələr yerləşdirə bilər. Bu barədə əhvalatları [email protected] ünvanına göndərmək olar. Ən yaxşı hekayələrin müəllifləri "Mir" Dövlətlərarası Teleradio Şirkətindən mükafatlar alacaqlar. Birinci mükafat bu teleradio şirkəti ilə 600.000 rubl məbləğində kontrakt, yaxud qalibin seçimi əsasında Brestə səfər olacaqdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında