Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 53-cü iclası keçirilmişdir

Rusiyanın İrkutsk şəhərində MDB dövlətlərinin Gömrük Xidməti Rəhbərləri Şurasının 53-cü iclası keçirilmişdir.Tədbirdə Azərbaycanın Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir.
İclasın gündəliyinə uyğun olaraq Şuranın 52-ci iclasında qəbul olunmuş qərarların icra vəziyyəti haqqında məlumat verilmişdir.
Daha sonra 2015-ci ilədək müddətdə Rusiya Gömrük Akademiyasının bazası əsasında MDB iştirakçı dövlətlərin gömrük xidmətləri üçün kadrların ixtisasyönümlü hazırlanması barədə Konsepsiya təsdiq edilmiş və müzakirə edilmək üçün Şuranın növbəti iclasına tapşırılmışdır.
İclasda Şuranın işindəki fəal iştirakına görə və MDB-nin yaradılmasının 20 illiyi münasibətilə A.Əliyev "MDB iştirakçı dövlətlərin gömrük əməkdaşlığının möhkəmləndirilməsinə görə" döş nişanı ilə təltif edilmiş və bu barədə qərar imzalanmışdır.
İclas çərçivəsində A.Əliyev Moldova və Ukrayna gömrük xidmətinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirmiş, gömrük işi sahəsində qarşılıqlı maraq kəsb edən bir sıra perspektiv məsələlər barədə fikir mübadiləsi aparmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında