"Heydər Əliyev" kitabı serb dilində

Viktor Andriyanov və tanınmış yazıçı-dramaturq, Milli Məclisin deputatı Hüseynbala Mirələmovun qələmə aldığı "Görkəmli adamların həyatı" seriyasından olan "Heydər Əliyev" kitabı Azərbaycan Respublikasının Serbiya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovun təşəbbüsü və yaxından köməyi sayəsində serb dilinə tərcümə olunmuşdur. Yüksək poliqrafik səviyyədə nəfis şəkildə nəşr olunan kitab serb oxucuları tərəfindən maraqla qarşılanmışdır.
Bu günlərdə Serbiya Respublikasında rəsmi səfərdə olmuş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belqrad şəhərinin Taşmeydan parkında ümummilli lider Heydər Əliyevin və görkəmli serb yazıçısı Milord Paviçin heykəllərinin açılış mərasimində iştirak edərkən əslən azərbaycanlı olan, 20 ildən artıqdır ki, Belqradda yaşayan, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Belqrad Dövlət Universitetinin professoru Zərifə xanım Əlizadə serb dilində nəşr olunmuş "Heydər Əliyev" kitabını İlham Əliyev və Serbiya Prezidenti Boris Tadiçə təqdim etmişdir. Z.Əlizadə qeyd etmişdir ki, bu kitab dünyanın 13 dilinə tərcümə olunmuşdur.
Görkəmli serb yazçısı Milord Paviçin xanımı Jasmina Mixayloviç Milord Paçivin "Xəzər lüğəti" kitabının əlyazmasını Prezident İlham Əliyevə təqdim etmişdir.
Təqdimat mərasimində Milli Məclisin deputatı, aqrar siyasət komissiyasının sədri Eldar İbrahimov, kitabın müəllifi Hüseynbala Mirələmov, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, sənaye və energetika naziri Natiq Əliyev, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, "Azal"ın prezidenti Cahangir Əsgərov, Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədov və başqaları iştirak etmişlər.

{nl}

Çingiz TOFİQOĞLU, jurnalist


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında