Azərbaycanın Gəncə şəhərinin ərazisində qədim iri şəhər aşkarlanıb

Azərbaycanın müasir Gəncə şəhərinin ərazisində vaxtilə "Laso" adlandırılan iri bir şəhərin olduğu aşkarlanıb. Bunu şənbə günü Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Arxeoloji Ekspedisiyasının rəisi Arif Məmmədov bildirib.
Arxeoloqun sözlərinə görə, o, Lasonu romalıların bizim eramızdan əvvəl ikinci əsrə aid tərtib etdiyi xəritədə aşkarlayıb. Həmin xəritədə Laso adı ilə göstərilmiş ərazi hazırkı Gəncə şəhərinin ərazisinə uyğun gəlir:"Gəncə deyildikdə, həmişə Gəncə çayı sahilində orta əsrlərdə olmuş Gəncə şəhəri nəzərdə tutulub. Əsl Gəncə isə "Şəhər burnu" deyilən ərazidədir. İndiyədək "Şəhər burnu" və ya Laso arxeoloqlar tərəfindən tədqiq edilməyib".
Arif Məmmədov bildirib ki, tədqiqatları fərdi qaydada aparacaq. Tədqiqatlara iyulun əvvəlindən başlanacaq və bu işlər sentyabrın əvvəlinədək davam edəcək.
Tədqiqatlar zamanı, ilk növbədə, Lasonun iqtisadi-ticarət əlaqələri öyrəniləcək, bu böyük şəhərin digər ticarət şəhərləri ilə əlaqəsinin olduğunu göstərən tapıntılar üzə çıxarılacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında