Xarici ölkələrin vətəndaşlarına qarşı zor tətbiq etmiş cinayətkar dəstənin axtarışı davam edir

Bakının Yasamal rayonu ərazisində xarici ölkələrin vətəndaşlarına qarşı zor tətbiq etmiş cinayətkar dəstənin axtarışı davam edir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, iyunun 15-dən 16-na keçən gecə saat 00.20 radələrində paytaxtın Yasamal rayonundakı Vidadi küçəsində dörd nəfər naməlum şəxs tərəfindən Böyük Britaniya vətəndaşı Celia Devies və ABŞ vətəndaşı Amanda Eriksona qarşı zor tətbiq edilməklə döyülmələri barədə rayon polis idarəsinə məlumat daxil olmuşdur.
Bununla əlaqədar həmin gün idarənin istintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanmışdır.
Cinayətdən zərər çəkmiş şəxslər dindirilmiş, onu törədənlərin fotorobotları tərtib olunmuş və məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.
Cinayətin açılması və icraçılarının müəyyən edilib tutulması üçün Daxili İşlər Nazirliyinin və Bakı Şəhər Baş Polis İdarəsinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmış və intensiv tədbirlər həyata keçirilir.
Bu istiqamətdə görülən işlər nazirliyin rəhbərliyinin nəzarətindədir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında