Minskdə Daimi Səlahiyyətli Nümayəndələr Şurasının növbəti iclası keçiriləcək

İyunun 20-də Minskdə, MDB İcraiyyə Komitəsində Birlik iştirakçılarının Nizamnamə və digər orqanlar yanında Daimi Səlahiyyətli Nümayəndələr Şurasının (DSNŞ) iclası keçiriləcəkdir.
MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən bildirmişlər ki, DSNŞ-in üzvləri Ədliyyə Nazirləri Şurasının fəaliyyətini müzakirə edəcəklər. Şuranın sədri, Tacikistan Respublikasının ədliyyə naziri Bəxtiyar Xudoyarov bu məsələ ilə bağlı məruzə edəcəkdir.
Şuranın üzvləri, həmçinin, MDB İcraiyyə Komitəsində kvotalı vəzifələrin Birlik dövlətləri arasında bölüşdürülməsi haqqında MDB Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) Qərar layihəsi ilə bağlı məsələni müzakirə edəcəklər. Kvotaların müəyyən edilməsi qaydalarına müvafiq olaraq, MDB İcraiyyə Komitəsinin sədrinin - icraçı katibin müavinlərinin və digər vəzifəli şəxslərin Birliyin İcraiyyə Komitəsində kvotalı vəzifələrə təyin olunması və rotasiyası, kvotalı vəzifələrin üzv ölkələr arasında bölüşdürülməsi Xarici İşlər Nazirləri Şurasının qərarı ilə növbəti üç il ərəfəsində həyata keçirilir.
Bundan əlavə, daimi səlahiyyətli nümayəndələr MDB məkanında tematik illərin, habelə görkəmli mədəniyyət, incəsənət və elm xadimlərinə həsr olunmuş yubiley tədbirlərinin elan edilməsi və keçirilməsi təcrübəsi barədə informasiyanı müzakirə edəcəklər.
Xatırladaq ki, 2011-ci il Müstəqil Dövlətlər Birliyində Ərzaq təhlükəsizliyinin artırılması ili və tarixi-mədəni irs ili, 2012-ci il isə İdman və sağlam həyat tərzi ili elan edilmişdir.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında