Dünya Bankı ilə Dövlət Gömrük Komitəsi arasında əlaqələr inkişaf edir

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Dünya Bankının Azərbaycandakı nümayəndəsi Jozef Ouenlə görüşmüşdür.
DGK-nin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Dünya Bankı ilə qurum arasında mövcud əlaqələr və əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.
DGK sədri Prezident İlham Əliyev tərəfindən "Azərbaycan Respublikası gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsindən sonra gömrük sahəsində işlərin daha da intensivləşdirildiyini söyləmişdir. Bütün gömrük keçid məntəqələri dünya standartlarına uyğun yenidən qurularaq istifadəyə verilmiş, mal və nəqliyyat vasitələrinin avtomatlaşdırılmış qaydada gömrük nəzarətindən keçməsi təmin olunmuşdur.
J.Ouen təmsil etdiyi qurumla DGK arasında əlaqələrdən razılığını ifadə etmişdir. O, Dünya Bankının respublikamızın gömrük sisteminə faydalı ola biləcək istənilən sahədə əməkdaşlığa hazır olduğunu bildirmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında