Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili mühüm əhəmiyyət kəsb edir

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Azərbaycan Prezidenti İlham Əliyevin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərmanının icrasının təmin edilməsinə həsr olunmuş kollegiya iclası keçirilmişdir.
Tədbirdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin kollegiya üzvləri, birlik, müəssisə rəhbərləri və mütəxəssislər iştirak etmişlər.
Nazirlikdən bildirmişlər ki, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ölkəmizdə "elektron hökumət"in formalaşdırılması üzrə aparılan işlərdən danışmışdır. Nazir "elektron hökumət"in vətəndaşların müraciətlərinə baxılmasına, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılmasına, onların elektron xidmətlər göstərməsinə, bunlardan vətəndaşların və biznes qurumlarının asanlıqla istifadə etməsinə, bürokratik əngəllərin aradan qaldırılmasına xidmət etdiyini və bu istiqamətdə ciddi tədbirlərin həyata keçirildiyini qeyd etmişdir. Adı çəkilən fərmanın dövlət orqanları tərəfindən "elektron xidmətlər"in göstərilməsinin təşkili və genişləndirilməsi üçün mühüm əhəmiyyət daşıdığını, konkret məsələlərin həllinə yönəldiyini vurğulayan nazir qısa bir zamanda görüləcək işləri diqqətə çatdırmışdır.
İclasda ölkəmizdə "elektron hökumət"in formalaşdırılması istiqamətində aparılan fəaliyyət barədə məlumat verilmişdir. Fərmanın icrası ilə bağlı müəyyənləşdirilmiş tədbirlər və onların yerinə yetirilmə yolları haqqında danışılmışdır. Bu istiqamətdə nazirliyə həvalə edilmiş məsələlərin həyata keçirilməsi, digər dövlət orqanları ilə sıx əməkdaşlıq edilməsi, nazirliyin fəaliyyətində, o cümlədən tabeli idarə və müəssisələr tərəfindən əhaliyə göstərilən xidmətlərin elektron formada həyata keçirilməsinin təşkili imkanları müzakirə edilmişdir.
Kollegiya üzvləri, nazirliyin ayrı-ayrı birliklərinin rəhbərləri, mütəxəssislər bu məsələlərlə bağlı çıxış etmiş və fərmanın icrasının təmin edilməsi məqsədi ilə görüləcək tədbirlər barədə fikirlərini bildirmişlər.
Nazir Ə.Abbasov kollegiya iclasına yekun vuraraq həyata keçiriləcək tədbirlərin əhəmiyyətini bir daha vurğulamış və fərmanın müddəalarından irəli gələn məsələlərin nazirliyin tabeli qurumlarının fəaliyyətində tətbiqi və dövlət qurumlarında aparılan işlərlə əlaqələndirilməsi üzrə konkret tapşırıqlar vermişdir. Bu məsələlər barədə nazirliyin kollegiyası müvafiq qərar qəbul etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında