Ələt qəsəbəsində tikilən yeni Beynəlxalq dəniz ticarət limanında gələcəkdə hər il 11,6 milyon ton yük qəbul ediləcək və emal ediləcək

TRASEKA Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Akif Mustafayev I Beynəlxalq Nəqliyyat Konfransında bildirmişdir ki, Ələt qəsəbəsində tikilən yeni Beynəlxalq dəniz ticarət limanında gələcəkdə hər il 11,6 milyon ton yük qəbul ediləcək və emal ediləcəkdir.
Akif Mustafayev limanların modernləşdirilməsi mövzusuna toxunaraq TRASEKA layihəsinin iştirakçısı olan ölkələrin nümayəndələrinə Azərbaycan hökumətinin Ələt qəsəbəsində beynəlxalq standartlar səviyyəsində yeni beynəlxalq dəniz ticarət limanı tikməyi planlaşdırmasını bildirmişdir. 2015-ci ildə bu limanda 11,6 milyon ton yükün qəbul edilməsi və emal edilməsi nəzərdə tutulur. Yeni liman gələcəkdə Böyük İpək Yolunun müasir qapıları rolunu oynaya bilər.
TRASEKA Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibinin sözlərinə görə, bu hesabat 2015-ci ilə qədər olan dövrdə Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üzrə TRASEKA strategiyasının həyata keçirilməsi ilə bağlı 2011-2015-ci illər üçün fəaliyyət planında müəyyən olunmuş vəzifələrin Azərbaycan tərəfindən uğurla yerinə yetirilməsinə dəlalət edir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında