ATƏT və Azərbaycanın İctimai Televiziyası yeni birgə layihə reallaşdıracaqlar

ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Əli Bilge Cankorel iyunun 16-da İctimai Televiziya və Radio Yayımları Şirkətində olmuşdur. 
İctimai Televiziya və Radio Yayımları Şirkətinin ictimaiyyətlə əlaqələr və internet şöbəsindən bildirmişlər ki, Azərbaycanda səlahiyyət müddəti başa çatan Əli Bilge Cankorel baş direktor İsmayıl Ömərovla görüşündə ölkəmizdəki fəaliyyəti dönəmindən məmnun qaldığını bildirmişdir. Demişdir ki, mənim Azərbaycandakı fəaliyyətimdən 2 il 3 ay keçir. Ötən müddətdə ATƏT-in Bakı ofisi 120 layihə həyata keçirmişdir. Bunlardan bir çoxu İctimai Televiziya ilə birgə reallaşdırılmışdır. Həmin layihələr hamısı çox uğurla icra olunmuşdur. Bu səmərəli əməkdaşlığı davam etdirəcəyinizə inanıram.
İsmayıl Ömərov da öz növbəsində Azərbaycanda KİV-lərə ayırdığı diqqətə görə ATƏT-ə xüsusi təşəkkürünü bildirmişdir. Qeyd etmişdir ki, bu əməkdaşlıq səfir Əli Bilge Cankorelin fəaliyyəti müddətində daha da səmərəli olmuşdur. Baş direktor demişdir ki, son illər ATƏT və İctimai Televiziya medianın inkişafına təkan verən bir çox proqramlar hazırlamışlar. Eyni zamanda tam fərqli baxışlı siyasilərin bir masa arxasında maraqlı dialoq apardığı ayrı-ayrı layihələr reallaşdırılmışdır.
Görüşdə Ə.B.Cankorel İctimai Televiziya ilə çox yaxın işgüzar münasibətlərin yeni ideyalara təkan verdiyini bildirmişdir. ATƏT rəsmisi demişdir ki, bu günlərdə mən Azərbaycanın gənc yazarları ilə görüşdüm. Onların öz əsərlərini tanıtmağa, ictimai müzakirəyə çıxarmağa böyük ehtiyacları vardır. Bu problemləri əhatə edən bir tok-şounun məhz İctimai Televiziyada hazırlanmasını istərdik. Çünki sizin televiziya ilə reallaşdırdığımız bütün layihələr cəmiyyətdə böyük rəy yaratmışdır.
Bu təklifi çox müsbət qarşılayan baş direktor İsmayıl Ömərov bildirmişdir ki, bu layihə təkcə yazarların deyil, həm də oxucuların böyük marağına səbəb olacaqdır. Azərbaycan oxucularında mütaliəyə marağı artırmaq üçün ayrı-ayrı verilişlərdə daim bu mövzuya toxunulur. Lakin bu mövzuya ayrıca proqramın həsr olunması daha da səmərəli olar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında