Astarada bayram tədbirləri

Milli Qurtuluş Günü münasibətilə Astarada ümumrayon tədbiri keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə əklil və tər gül dəstələri qoymuşlar.
Mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşov 15 İyun - Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışının xalqımızın taleyində böyük rolu barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, məhz 15 iyun 1993-cü ildə Heydər Əliyevin Ali Sovetə sədr seçilməsi ilə Azərbaycanın dövlət müstəqilliyi qorunub möhkəmlənməyə başlamışdır.
Tədbirdə çıxış edənlər Milli Qurtuluş Günü münasibətilə ən xoş arzularını və təbriklərini çatdırmışlar.
Rayon mərkəzindəki Heydər Əliyev parkında bayram münasibətilə respublika incəsənət ustalarının iştirakı ilə böyük bayram konserti olmuşdur.
Tədbir bir neçə saat davam etmiş və atəşfəşanlıqla başa çatmışdır.

{nl}

Ə.ƏLİYEV , "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında