Azərbaycanda miqrasiya proseslərinin tənzimlənməsinə və idarə olunmasına xüsusi diqqət yetirilir

Ombudsmanların IX Bakı Beynəlxalq konfransının "Milli azlıqların və miqrantların mədəni hüquqları: hüquqi aspektlər və implementasiya" mövzusuna həsr edilməsi bu gün miqrasiya proseslərinin böyük bir problem olduğunu bir daha təsdiq edir.
Bu sözləri Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov bildirmişdir.
Ölkəmizdə baş verən miqrasiya proseslərinin tənzimlənməsi və miqrantların hüquqlarının təmin edilməsindən danışan A.Rəhimov demişdir ki, Azərbaycanda miqrasiya proseslərinin idarə olunmasına, bu sahədə dövlət nəzarətinin təmin olunmasına xüsusi diqqət yetirilir. Bu gün Azərbaycanda 450 minə yaxın miqrant yaşayır. Onlar arasında Azərbaycan vətəndaşları ilə nikahda, yaxın qohumluq əlaqəsində olanlar, ali təhsil alanlar da vardır.
Azərbaycana gələn əcnəbilərin bir hissəsini də əməkçi miqrantlar təşkil edir. Daxili əmək bazarını qorumaq şərti ilə miqrantlara da əmək fəaliyyəti ilə məşğul olmaq üçün icazələr verilir və onların fəaliyyəti daim nəzarətdə saxlanılır.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında