NATO baş katibi Azərbaycanın Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri əməliyyatına töhfəsini təqdir edib

Azərbaycanın NATO yanında nümayəndəliyinin rəhbəri, səfir Xəzər İbrahim iyunun 17-də NATO-nun baş katibi Anders Foq Rasmussen tərəfindən qəbul edilib. 
Nümayəndəlikdən APA-ya verilən məlumata görə, NATO baş katibi Azərbaycanın NATO ilə güclü tərəfdaşlığını, xüsusən də Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) əməliyyatına töhfəsini təqdir edib.
Öz növbəsində, X. İbrahim Azərbaycanın Alyansla uzun və səmərəli əməkdaşlıq tarixini vurğulayıb və Əfqanıstan üçün zəruri olan təlim imkanlarının təqdim edilməsi üzrə son dövrdəki səyləri qeyd edib. Səfir, həmçinin regional məsələlər üzrə qiymətləndirməsini baş katibin diqqətinə çatdırıb.
A. Rasmussen NATO-nun Azərbaycanla tərəfdaşlığının daha da inkişafını arzuladığını bildirib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında