Ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə tədbirlər görülür

Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsində və ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında hakimlərin davamlı tədrisi mühüm əhəmiyyət kəsb edir. 
Bu sahədə həyata keçirilən kompleks tədbirlər çərçivəsində hakimlərin tədrisində iştirak edən müəllim heyətinin hazırlığının artırılması, onların qabaqcıl tədris metodlarını öyrənmələri Məhkəmə-Hüquq Şurası tərəfindən daim diqqət mərkəzində saxlanılır.
Məhkəmə-Hüquq Şurasından bildirmişlər ki, Türkiyə Ədliyyə Akademiyası ilə səmərəli əməkdaşlıq nəticəsində bu günlərdə hakimlərdən, ədliyyə və prokurorluq işçilərindən ibarət olan təlimçilərimiz üçün qardaş ölkədə ayrıca ixtisasartırma kursları təşkil olunmuşdur.
Bir həftə davam etmiş təlimlər zamanı tədris proqramlarının hazırlanması və interaktiv tədris üsulları, dinləyicilərlə psixoloji münasibət, təlimçilərin davranışı və s. aktual mövzular üzrə təcrübəli mütəxəssislərin iştirakı ilə məşğələlər təşkil olunmuş, türkiyəli həmkarlarla faydalı müzakirələr aparılmışdır. Tədbir çərçivəsində, həmçinin Türkiyə Ədliyyə Akademiyasının fəaliyyəti ilə tanışlıq, səmərəli fikir və təcrübə mübadiləsi keçirilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında