"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin Beynəlxalq Radiosu 70 yaşını qeyd edir

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin Beynəlxalq Radiosu 70 yaşını qeyd edir. Beynəlxalq Radio 1941-ci ilin iyununda fəaliyyətə başlamışdır. Bu gün Beynəlxalq Radio da özünün yeni inkişaf dövrünü yaşayır.
Beynəlxalq Radionun yubileyi münasibətilə keçirilən tədbirdə bu barədə ətraflı danışılmış və kollektivə göstərilən qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq ifadə olunmuşdur.
Beynəlxalq Radionun 70 illik yubileyi tədbirində kollektivlə yanaşı, vaxtilə burada çalışmış veteranlar, ziyalılar, həmçinin xarici ölkələrdən gələn qonaqlar da iştirak etmişlər.
"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Faiq Hüsüyev Beynəlxalq Radionun kollektivini yubiley münasibətilə rəhbərlik adından təbrik etmişdir. Sədr müavini bildirmişdir ki, bu gün müstəqil Azərbaycan haqqında həqiqətləri dünyaya yayan Beynəlxalq Radio böyük yol keçmişdir. Bu gün isə Beynəlxalq Radio dövlətin qayğısı ilə özünün yeni inkişaf mərhələsini yaşayır.
"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin radio üzrə sədr müavini Cavanşir Cahangirov isə demişdir ki, Beynəlxalq Radionun yubileyi ilk dəfədir belə təntənəli şəkildə qeyd olunur. Son beş ildə teleradioda aparılan ciddi islahatlar buradakı ab-havanı da tamamilə dəyişmişdir.
Beynəlxalqa Radionun proqram direktoru Hafiz Nağıoğlu qeyd etmişdir ki, indi burada 11 şöbə fəaliyyət göstərir.
Akademik Vasim Məmmədəliyev ilk əmək fəaliyyətinə bu radioda başladığını, burada böyük elm və həyat məktəbi keçdiyini demişdir.
Vaxtilə Beynəlxalq Radioda çalışan yazıçı Aqşin Babayev də işlədiyi dövrlə bu günü müqayisə etmişdir. Televiziyada, həmçinin Beynəlxalq Radioda yaradılmış indiki şəraiti, maddi-texniki bazanı, studiyaları yüksək qiymətləndirmişdir.
Filologiya elmləri doktoru Sabir Əmirov Beynəlxalq Radio ilə 30 illik əməkdaşlığından, aparıcısı olduğu "Cihaddan səslər" verilişinin populyarlığından danışmışdır.
Yubiley tədbirinə Təbrizdən gələn Hüseyn Siyəmi, yerli ərəbşünas kadrların hazırlanmasında xüsusi xidmətləri olan Xeyri Əli Abbasi, Cənubi Azərbaycandan gələn Babək Muğanlı da Azərbaycan Beynəlxalq Radiosunun xidmətlərindən danışmışlar. Bu radiodan mənəvi qida aldıqlarını söyləmişlər.
Mərasimdə Beynəlxalq Radionun bundan sonra da Azərbaycana, azərbaycançılıq ideologiyasına sədaqətlə xidmət edəcəyinə əminlik ifadə olunmuşdur.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında