Masallıda və Şirvanda dövlət qulluqçuları üçün regional təlimlər

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının (2007-2011-ci illər) 19-cu bəndində dövlət qulluqçuları üçün etik davranış qaydaları üzrə tədris və təlimlərin, 22-ci bəndində isə korrupsiyaya qarşı mübarizə məsələləri ilə əlaqədar təlimlərin təşkil edilməsi nəzərdə tutulmuşdur.
"Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Qanuna əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) etik davranış qaydaları ilə bağlı maarifləndirmənin həyata keçirilməsi üçün davamlı tədbirlər görür.
DQMK-dan bildirmişlər ki, iyunun 16-da komissiya BMT-nin İnkişaf Proqramı (UNDP) və Almaniyanın Beynəlxalq Əməkdaşlıq Təşkilatı (GİZ) ilə birgə Masallı şəhərində mərkəzi icra hakimiyyəti orqanlarının yerli və regional bölmələrinin və məhkəmə hakimiyyəti orqanlarının dövlət qulluqçuları üçün etik davranış qaydaları və etik müvəkkilin fəaliyyəti, dövlət qulluğu vəzifələrinin tutulması, dövlət qulluqçularının vəzifə təlimatları və reyestrinin aparılması qaydaları, iş bölgüsü ilə bağlı təlimlərə başlamışdır.
Masallıda təlimlər iyunun 18-dək davam edəcəkdir. Sonra isə iyunun 20-dən 22-dək təlimlər Şirvanda keçiriləcəkdir.
Masallıda və Şirvandakı təlimlərə Lənkəran, Cəlilabad, Yardımlı, Lerik, Cəbrayıl, Salyan, Neftçala, Biləsuvar, Şirvan, Sabirabad, Saatlı, Hacıqabul və Kürdəmir rayonlarının yerli və mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrində və məhkəmə hakimiyyəti orqanlarında rəhbər vəzifəli dövlət qulluqçuları cəlb edilmişlər.
Təlimlərin məqsədi hər bir vəzifəli şəxs və dövlət qulluqçusunun vətəndaşlarla münasibətdə etik davranış qaydalarına əməl etməsi, dövlət orqanlarında korrupsiyanın və dövlət qulluqçularının fəaliyyətində maraqların toqquşmasının qarşısının alınmasıdır. Bundan əlavə, bu təlimlər dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi məqsədi daşıyır.
Təlimdə DQMK-nın əməkdaşları "Dövlət qulluqçularının etik davranış qaydaları", "Dövlət qulluqçularının etik davranış qaydaları üzrə etik müvəkkilin fəaliyyəti", "İş bölgüsünün aparılması qaydaları", "Dövlət qulluğuna qəbul və müsahibələrin keçirilməsi qaydası", "Dövlət Qulluqçularının Reyestrinin aparılması qaydaları" mövzularında təqdimatlarla çıxış etmişlər.
Təqdimatlar zamanı komissiyanın əməkdaşları çağdaş və demokratik vətəndaş cəmiyyətinin tələblərinə cavab verən dövlət qulluqçusunun korrupsiyaya qarşı mübarizədə rolundan, onun vətəndaşların hüquq və azadlıqlarını qorunması istiqamətində atdığı addımlardan, insanlarla rəftarı, qəbul etdiyi qərarları ilə rəsmi orqanlara hörmət qazandırmaqdan, vətəndaşların və dövlətin maraqlarını uzlaşdırmaqdan və demokratik idarəçilik metodlarını mənimsəməkdən bəhs etmişlər.
Təlimlər Azərbaycanın bütün regionlarını əhatə edəcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında