Sabina Freyzer: "Dağlıq Qarabağ münaqişəsinin həlli zəruridir"

"Kazan görüşündə tərəflər razılığa gəlməsələr münaqişənin həlli ilə bağlı güzəştlər getdikcə çətinləşəcək". 
SİA-nın məlumatına görə, bu sözləri Beynəlxalq Böhran Qrupunun Avropa proqramlarının direktoru Sabina Freyzer "Jamanak" qəzetinə müsahibəsi zamanı deyib. Kazan görüşü ilə bağlı fikirlərini bildirən Freyzer, bu dəfə ümidlərin əvvəlkindən daha çox olduğunu diqqətə çatdırıb: "İyunun sonunda Kazanda Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşü planlaşdırılır.
Məlum olduğu kimi, bu artıq prezidentlər İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyanın 9-cu üçtərəfli görüşləridir. Dağlıq Qarabağ münaqişəsinin həllinə istiqamətlənmiş bu görüşdə hansısa nəticənin əldə olunub-olunmayacağını demək mümkün deyil. Amma, bunu əminliklə demək olar ki, Kazan görüşünə ümidlər əvvəlkilərə nisbətən daha çoxdur. Çünki, artıq zaman keçdikcə məsələnin həlli zəruriləşir. Əgər bu dəfə də tərəflər hər hansı razılığa gəlməsələr, getdikcə münaqişənin həllində kompromisə getmək daha da çətinləşəcək".
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi 4 qətnaməni qeyri-konstruktiv mövqe sərgiləyən Ermənistan bu günə qədər yerinə yetirməyib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında