Azərbaycanda avtomobillərin peyk monitorinqi xidməti bazarının tədqiqatı keçirilmişdir

Simsiz Texnologiyalar Assosiasiyası tərəfindən respublikamızda avtomobillərin peyk monitorinqi xidməti bazarının tədqiqatı keçirilmişdir. Tədqiqat çərçivəsində "A+A", "Matrix" və "Caspian Navitel" şirkətlərinin nəqliyyatın peyk monitorinqi üzrə xidmətləri araşdırılmışdır. Hazırda yalnız adıçəkilən şirkətlər Azərbaycanda nəqliyyatın peyk monitorinqi üzrə xidmət göstərirlər. 
Tədqiqat göstərmişdir ki, hazırda sözügedən xidmət çərçivəsində bütün şirkətlər haqqında verilən məlumatları özündə əks etdirən serverlər Azərbaycan ərazisində yerləşdirilmişdir.Həmin şirkətlər məlumatların yüksək səviyyəli təhlükəsizliyini təmin edir.
Tədqiqatdan aydın olmuşdur ki, Azərbaycan bazarında nəqliyyat vasitələrinə quraşdırılan avadanlığın "Caspian Navitel" və "A+A" şirkətlərində 300 manat, "Matrix" şirkətində isə 230 manatdır. Bu məbləğə peyk siqnallarının qəbuledicisi, koordinat verilənlərinin saxlanılması və ötürülməsi hissələrindən ibarət mobil modulları daxildir. "Caspian Navitel" qurğusunun daxili yaddaşı 3,6 min ismarıcdır. Bu göstərici "A+A" qurğusunda 2,3 min, "Matrix"də isə 7,5 mindən çox təşkil edir. "Matrix" və "A+A" qurğuları, eyni zamanda, yedəkləmənin aşkarlanması funksiyasına malikdir.
"Caspian Navitel" Rusiyanın "Omnikom", "A+A" Türkiyənin "Mobiliz", "Matrix" isə Belarusun "Wialon-Gurtam" şirkətlərinin proqram təminatını tətbiq edirlər. Əgər "Caspian Navitel" və "A+A" şirkətləri tərəfindən təklif olunan proqram təminatında yalnız ingilis və rus dilləri işlədilirsə, "Matrix" şirkəti Azərbaycan dili də daxil olmaqla 12 dilli interfeys təqdim edir. Bu şirkətlər arasında yalnız "Matrix" tərəfindən plan texniki xidmət və marşrutlar modulu (xüsusən reys nəqliyyatı üçün) təklif olunur.
Ən uzun (sürəli yaddaş) saxlama müddətini (2 il) "Matrix" təqdim edir və müştərinin istəyilə bu göstərici bir neçə dəfə artırıla bilər. "Caspian Navitel" məlumatları bir il, "A+A" isə 3 ay saxlayır. Araşdırılan şirkətlərdən yalnız "Matrix" marşrutların, geozonun, POİ, hesabatların, tərəf proqramların məlumatlarının ixracı-idxalı kimi xidmətlər də göstərir. "Martrix" həmçinin yeganə şirkətdir ki, giriş hüquqlarının çoxmərhələli yaratma sistemini, tərəf proqramlarının ("ActiveX") dəstəklənməsini, motosaatların real hesablanmasını təqdim edir. "Caspian Navitel" və "A+A" şirkətlərindən fərqli olaraq "Matrix" şirkətinin çevik billinq sistemi var.
Maraqlıdır ki, "Matrix" şirkəti bütün Azərbaycan üzrə avadanlığın pulsuz quraşdırılması xidmətini göstərir, "A+A" və "Caspian Navitel" isə regionlarda quraşdırılma üçün əlavə ödəniş tələb edir.
Operatorların üçü də peyk monitorinqi üçün "Azercell" rabitə sistemlərindən istifadə edir. Verilənlərin ötürülməsi "Azercell"in "GPRS" texnologiyası əsasında həyata keçirilir.
Avadanlığın bir nəqliyyat vasitəsində işləməsi üçün aylıq ödəniş operatorların hamısında 15 manata qədərdir.
Peyk monitorinqi üzrə operatorların hamısı əlavə olaraq sürücülərin eyniləşdirilməsi, sensor vasitəsilə yanacağa nəzarət sistemlərini, sürücü ilə əlaqəni, oxa düşən təzyiqə, istilik sensoruna, qapıların açılmasına və təhlükəsizlik kəmərlərinə nəzarət imkanını təklif edir.
Xatırladaq ki, nəqliyyatın peyk monitorinqi peyk naviqasiya sistemləri, mobil və ya radio rabitə avadanlıqları və texnologiyası, hesablama texnikası və rəqəmli xəritələr əsasında qurulmuş hərəkət edən obyektlərin monitorinq sistemidir. Nəqliyyatın peyk monitorinqi yüklərin idarəedilməsi sistemlərində və avtoparkın avtomatlaşdırılmış idarəedilməsi sistemlərində nəqliyyat logistikası məsələlərinin həlli üçün istifadə olunur.
İş prinsipi nəqliyyat vasitəsinin məkan və zaman koordinatlarının izlənməsindən və təhlil edilməsindən ibarətdir. Monitorinq iki şəkildə - koordinat məlumatlarının distant ötürülməsi (online) və məlumat yalnız dispetçer nöqtəsinə gəldikdən sonra (offline) yolu ilə yoxlanılır.
Ötürmə modulu verilənləri mobil rabitə operatorlarının simsiz şəbəkələri vasitəsilə həyata keçirir. Alınan məlumatlar təhlil edilir və dispetçerə mətn şəklində, yaxud kartoqrafik məlumatların tətbiqi ilə verilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında