Milli Qurtuluş Günü Mərdəkan qəsəbəsində 7-ci "Səbət" market açıldı

İyunun 15-də Xəzər rayonu Mərdəkan qəsəbəsində "Səbət" şəbəkəsinə aid 7-ci marketin açılışı olmuşdur. Bu, müasir və yüksək texnologiyalı, "optimal seçim" ifadəsilə xarakterizə olunabiləcək mağazada rahat keçid imkanı təmin olunmuş, alıcılara təqdim olunan məhsullar əlverişli yerləşdirimiş, mağaza xüsusi zövqlə bəzədilmişdir.
Azeri Retail MMC-yə məxsus "Səbət" marketin açılışında qəsəbə əhalisi, istehsalçı və təchizatçı şirkətlərin nümayəndələri iştirak etdilər.
Mağazanın açılışında iştirak edən layihə rəhbəri Andrey Serqeyeviç Kalmıkov əvvəlcə Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi. O, "Səbət" marketlər şəbəkəsi haqqında məlumat verərək dedi: "Səbət"- yeni, dinamik, inkişaf edən mağazalar şəbəkəsidir. Şəbəkənin yaradılmasında məqsəd alıcılara optimal çeşidləri sərfəli qiymətlərlə əldə etmək imkanı yaratmaq, təchizatçıların məhsullarının fəal təqdimi, bununla da alıcıların seçim və alış imkanını asanlaşdırmaqdır.
Şəbəkədə təchizatçı partnyorlarımız üçün real imkanlar mövcuddur. Bunlar - promo-rəf və promo-paletlərdə marketinq aksiyalarının keçirilməsi, marketinq daxilindəki və xaricindəki görünüşlü yerlərdən faydalanaraq brendlərin tanıtımıdır.
Sonra Azeri Retail MMC-nin Baş Direktoru Bəhruz Hüseynov ilin sonunadək mağazaların sayının 20-yə çatdırılacağını qeyd etdi: Azərbaycanda özəl biznes üçün yaradılmış əlverişli mühitdən faydalanaraq ölkənin daha da qüdrətlənməsi naminə uğurlu biznes qurmaq, ölkə bazarında öz layiqli yerimizi tutmaq bizim hədəflərimizdir.
Açılışla bağlı olaraq, müxtəlif hədiyyələrlə yanaşı ilk 5 müştəriyə pulsuz bazarlıq kuponları da təqdim olunmuşdur. Yenicə istifadəyə verilmiş Atena Süd Zavodu alıcılara yeni məhsullarını daddırmış, xüsusi təkliflər etmişdir.
"Səbət" mağazalar şəbəkəsi Azeri Retail MMC-yə məxsusdur. Şirkətin təsisçisi Avstriya holdinqi olan Azeri Trade Holding GmBH-dir. 2012-ci ilin sonunadək layihəyə ümumilikdə 12,5 milyon avro sərmayə qoyulması planlaşdırılır.

{nl}

Qabil YUSİFOĞLU, "Xalq qəzeti"

{nl}

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında