"Vətəni tanı" ümumrespublika kampaniyasının növbəti turu

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının həyata keçirdiyi "Vətəni tanı" ümumrespublika kampaniyası öz seçim turlarını Qax və Şəki rayonlarında davam etdirib.
Milli Şuranın İdarə Heyətinin üzvü Heydər Atayevin rəhbərlik etdiyi işçi qrupu ardıcıl olaraq Qax və Şəki rayonlarında olub. Hər iki rayonda baş tutan seçim turunda ümumilikdə 300 - dən çox gənc bu layihənin iştirakçısına çevrilib. Şəki rayonunda tədbirin açılış mərasimində rayon icra hakimiyyətinin, təhsil, gənclər və idman idarələrinin nümayəndələri, müəllimlər, gənclər iştirak ediblər. Regionlarda treninqi həyata keçirən işçi qrupunun rəhbəri Heydər Atayev bildirib ki, Milli Şuranın bu layihəsi Azərbaycan ictimaiyyəti tərəfindən maraqla qarşılanıb. "Regionlarda gənclərin necə həvəslə bu yarışda iştirak etdiyinin şahidi olduq. Demək olar ki, Azərbaycanın bütün regionlarında istər gənclər olsun, istərsə də yaşlı təbəqə bu kampaniyanı çox uğurlu layihə hesab edirlər".
Heydər Atayev onu da bildirib ki, gənclərimizin ölkəmizi tanıması bu gün çox vacibdir. Torpaqlarımızın işğal altında olduğu bir vaxtda ərazi bütövlüyü məsələsini qaldırmaq hər bir gəncin mənəvi borcudur. Qeyd edək ki, kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, həmçinin "AVA" Skandinaviya klinikası, FİXED Borders kampaniyaya dəstək verirlər.

{nl}

Elçin ABBASOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında