Lerik rayonunda bayram tədbirləri

Azərbaycan xalqının Milli Qurtuluş Günü münasibəti ilə Lerik şəhərindəki Heydər Əliyev meydanında rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə bayram tədbirləri keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov bildirdi ki, 1993-cü ilin 15 iyun günü xalqımızın mübarizələrlə dolu şanlı tarixinə yeni eranın başlanğıcı kimi daxil olmuşdur. Həmin gün ulu öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilmişdir. O dövrdə respublikada separatçılıq meyilləri tüğyan edirdi, Azərbaycan ərazi itkilərinə məruz qalırdı. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan özünün müstəqillik tarixinin daha şərəfli, daha əzəmətli mərhələsinə qədəm qoydu. Məhz bu yeni dövr Azərbaycanın XXI əsrə hüquqi, demokratik dövlət kimi qədəm qoymasına əsaslı təminat yaratdı. Bu gün də ümummilli liderin siyasi kursu uğurla davam etdirilir.
Sonra rayon icra hakimiyyəti başçısı aparatının ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Əlipənah Bayramov Milli Qurtuluş Günü ilə bağlı məruzə etdi.
Ağsaqqallar şurasının sədri Həmzə Vəliməmmədov, Lerik peşə məktəbinin direktoru Hüseynbala Əliyev və digər natiqlər çıxış edərək bildirdilər ki, ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlməsi ilə ölkəmizin siyasi, iqtisadi və sosial inkişafının bünövrəsi qoyuldu. Ölkə parçalanmaq təhlükəsindən və vətəndaş müharibəsindən xilas oldu.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlətçilik strategiyası bu gün cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı, regionlarımız sürətlə inkişaf edir.
Tədbir rayon mədəniyyət və turizm şöbəsinin hazırladığı konsert proqramı ilə davam etdirildi.

{nl}

N.ƏLİ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında