Sumqayıtda möhtəşəm bayram konserti

Ulu öndərimiz Heydər Əliyevin 1993-cü il iyun ayının 15-də xalqın təkidli tələbləri ilə siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanın qurtuluş epopeyası başlanıb. Xaosdan sabitliyə, tənəzzüldən tərəqqiyə keçidin bəhrələri bu gün ölkənin siyasi, iqtisadi, sosial və mədəni həyatında aydın görünür. Buna görədir ki, hər il15 İyun - Milli Qurtuluş Günü Azərbaycanın hər tərəfində böyük coşqu ilə qeyd edilir, bu münasibətlə müxtəlif tədbirlər keçirilir, el şənlikləri təşkil olunur. Elə Sumqayıtın mərkəzi meydanında keçirilən təntənəli bayram konsertinə minlərlə şəhər sakini toplaşmışdı.
Xalq artisti, "Şöhrət" ordenli professor Rauf Abdullayevin bədii rəhbəri və dirijoru olduğu Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri sumqayıtlıların qonağı idi. Maestronun işarəsi ilə başlanan konsertin əvvəlində orkestr Oqtay Zülfüqarovun "Şənlən, mənim xalqım" uverturasını səsləndirdi. Sonra Ramiz Mirişlinin ümummilli liderə həsr etdiyi "Məşəl kimi yanan ürək" mahnısı ifa olundu. Əməkdar artist Samir Cəfərov, Beynəlxalq Müsabiqələr laureatı Mustafa Mehmandarov, habelə əməkdar artist İnarə Babayeva, Nicat Məmmədov, Məmməd Rəcəbli və başqaları gözəl çıxışları ilə seyrçilərə unudulmaz anlar yaşatdılar. Azərbaycan və Avropa bəstəkarlarının çeşidli əsərləri hər kəsdə zəngin təəssürat oyatdı. Konsert orkestrin ifasında ölməz bəstəkarımız Fikrət Əmirovun məşhur "Azərbaycan" kapriçiosu ilə başa çatdı.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında