Görkəmli Azərbaycan heykəltəraşı Tokay Məmmədov Kiyev incəsənət kombinatında Koroğlunun abidəsi üzərində işləyir

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Koroğluya abidə qoyulması barədə sərəncam imzalamışdır. Bununla əlaqədar gələcək monumentin müəllifi, Azərbaycanın xalq rəssamı, SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü, SSRİ və Azərbaycan Respublikası Dövlət mükafatları laureatı, professor Tokay Məmmədov hazırda Ukrayna paytaxtındadır. 
Əfsanəvi xalq qəhrəmanına ucaldılacaq abidənin müvəqqəti maketi Kiyev incəsənət kombinatına gətirilmişdir. Hazırda kombinatın sexlərində abidə və onun postamenti üzərində gərgin yaradıcılıq işi gedir.
Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli Kiyev İncəsənət kombinatında olmuşdur. O, görkəmli Azərbaycan heykəltəraşı Tokay Məmmədovu Milli Qurtuluş Günü münasibətilə təbrik etmiş, abidə üzərində işin gedişi ilə tanış olmuş, bu ciddi dövlət sifarişinin yerinə yetirilməsi üçün öz xidmətlərini təklif etmiş və məşhur sənətkara yaradıcılıq uğurları arzulamışdır.

{nl}

Zeynal AĞAZADƏ AzərTAc-ın xüsusi müxbiri
Kiyev


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında