Hakimliyə namizədlərin sənədlərinin qəbulu iyunun 30-dək davam edəcəkdir

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən daxil olan məlumatda deyilir ki, ölkəmizdə hakim vəzifəsinə namizədlərin Avropada ən mütərəqqi qaydalarla, şəffaf şəraitdə seçimi prosesi keçirilir.
Hakimlərin Seçki Komitəsinin iclasında namizədlərin sənədlərinin qəbulu vəziyyəti müzakirə olunmuş, 6 ay davam edən sənəd qəbulu zamanı 340-dək hüquqşünasın namizədliyinin irəli sürüldüyü bildirilmişdir.
Son vaxtlar sənəd verənlərin sayının minimuma enməsi ilə əlaqədar sənəd qəbulunun iyun ayının 30-da başa çatdırılması qərara alınmışdır. Bununla əlaqədar hakim olmaq arzusunda olan hüquqşünaslar həmin tarixədək bütün iş günləri ərzində saat 9:00-dan 18:00-dək sənədlərini Hakimlərin Seçki Komitəsinə təqdim edə bilərlər.
Eyni zamanda, iclasda müsabiqədə iştirak üçün namizədliyini irəli sürmüş hüquqşünasların imtahanlara mükəmməl hazırlaşmaları məqsədi ilə iyul ayından müvafiq hazırlıq kurslarının təşkili, kurslarda hüququn müxtəlif sahələri üzrə təcrübəli mütəxəssislərin çıxışlarının nəzərdə tutulduğu bildirilmişdir.
Qeyd edilməlidir ki, əvvəllər keçirilmiş müsabiqələr zamanı 235 nəfər yüksək hazırlıqlı hüquqşünas seçilərək hakim vəzifələrinə təyin olunmuşlar. Əksəriyyəti 35 yaşınadək olan bu hakimlər mövcud hakim korpusunun 50 faizini təşkil edirlər.
Hakimlərin seçimi prosesinin obyektivliyinə gənc hüquqşünaslar arasında inamın təzahürüdür ki, hazırkı namizədlər sırasında gənclərin sayı əvvəlki illərə nisbətən bir neçə dəfə artıqdır.
Gənc hüquqşünasların bu prosesə qatılmasının məhkəmə sisteminin inkişafında əhəmiyyəti nəzərə alınaraq onlar müsabiqədə daha fəal iştiraka dəvət olunurlar.
Hakimliyə namizədlərin sənədlərinin qəbulu Hakimlərin Seçki Komitəsində keçirilir. Ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə.
Əlavə məlumat almaq üçün www.jlc.gov.az saytına və ya aşağıdakı telefonlara müraciət etmək olar: (012) 510-19-07; (012) 510-21-62.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında