Şuşanın işğalı zamanı şəhid olanların xatirəsi anılmışdır

Mayın 6-da Azərbaycan Dillər Universitetində (ADU) Şuşanın işğalının 18-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir.
ADU-dan bildirmişlər ki, universitetin professor-müəllim heyəti və tələbələrinin iştirak etdikləri tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlamışdır.
Mərasimdə şəhidlərin xatirəsi yad edilmiş, Şuşa haqqında film nümayiş olunmuşdur.
ADU-nun tələbələri vətənpərvərlik ruhlu şeirlər söyləmişlər. Tələbələr eyni zamanda, tədbirdə səhnəcik də nümayiş etdirmişlər. Səhnəcik vasitəsilə tələbələr xain qonşularımızın "mənəvi" dünyalarını və iç üzlərini göstərərək, bir erməninin qəlbində nəinki sevgiyə, heç mərhəmətə belə yer olmadığını tədbir iştirakçılarının nəzərinə çatdırmışlar.
Tədbirin sonunda ADU-nun tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev anma mərasiminin yüksək səviyyədə təşkili üçün tələbələrə və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, professor Svetlana Cəbrayılovaya təşəkkürünü bildirmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında