Biləsuvarda Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan məktəb-lisey kompleksinin qarşısında şəhid qəhrəmanın abidəsinin açılışı olmuşdur

İyunun 15-də Milli Qəhrəman Mübariz İbrahimovun doğulub boya-başa çatdığı Biləsuvar rayonunun Əliabad kəndində şəhidin ailəsi üçün tikilmiş evin və onun adını daşıyan məktəb-lisey kompleksinin qarşısındakı möhtəşəm abidəsinin açılışı olmuşdur.
Tədbir iştirakçıları əvvəlcə Biləsuvar şəhərindəki Heydər Əliyev Parkında ümummilli liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
Prezident İlham Əliyevin tapşırığına əsasən Milli Qəhrəman Mübariz İbrahimovun ailəsi üçün ötən ilin dekabr ayında 410 kvadratmetr sahədə tikintisinə başlanılan ikimərtəbəli yaşayış evi 10 otaqdan ibarətdir.
Yaşayış evinə elektrik, qaz, içməli su və telefon xətti çəkilmiş, otaqlar zəruri avadanlıq və müasir mebel dəstləri ilə təmin edilmişdir.
Milli Qəhrəmanın ailəsinə, həmçinin, 0,28 hektar torpaq sahəsi verilmişdir.
Yaşayış evinin açılışında çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev rayon sakinlərini 15 iyun - Milli Qurtuluş Günü münasibətilə təbrik etmiş, ölkəmizdə müharibə iştirakçılarına və şəhid ailələrinə göstərilən dövlət qayğısından danışmışdır.
Tədbirdə çıxış edən insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova, Milli Məclisin deputatları Qənirə Paşayeva, Fəzail İbrahimli, Ceyhun Osmanlı, Milli Qəhrəmanın sinif rəhbəri Əhliman Quliyev, Əliabad kənd orta məktəbinin onuncu sinif şagirdi Cəlal Əliyev və şəhidin atası Ağakərim İbrahimov Mübariz İbrahimovun qəhrəmanlığından söhbət açmış, keçdiyi şərəfli ömür yolunun gənclərə örnək olduğunu vurğulamış, igid döyüşçünün ailəsinə göstərilən qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev yeni mənzillərin açarlarını Milli Qəhrəmanın atası Ağakərim İbrahimova təqdim etmişdir.
Mərasim Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan məktəb-lisey kompleksinin qarşısında davam etmişdir.
Burada Azərbaycan Rəssamlar İttifaqının üzvü, heykəltəraş Əlisəfa Əsgərovun və memar Fərman Qafarovun altı aylıq zəhmətinin bəhrəsi olan qranit daşdan yonulmuş 4 metr hündürlüyündə olan abidənin açılışı olmuşdur.
Bir əli yumruqlanmış, bir əlində silah olan və savaşa hər an hazır olan Milli Qəhrəman Mübariz İbrahimovun əzəmətli obrazı hər bir insanı mənfur düşmən üzərində qələbəyə səsləyir.
Abidə önündə keçirilən mərasimdə çıxış edən Milli Məclisin deputatları Xanhüseyn Kazımlı, Aydın Mirzəzadə, Mərkəzi Bankın idarə heyəti sədrinin birinci müavini Alim Quliyev və məktəb-liseyin direktoru Anar Məmmədov Milli Qəhrəman Mübariz İbrahimovun cəbhə bölgəsində ermənilərə qarşı döyüşdə göstərdiyi igidlikdən, gənclərə nümunə olan qəhrəmanlığından danışmışlar.
Liseyin şagirdləri Milli Qəhrəmana həsr olunmuş şeirlərdən parçalar ifa etmişlər.
Mərasimin sonunda liseyin şagirdləri Milli Qəhrəman Mübariz İbrahimovun abidəsi önündə vətənə sədaqət andı içmişlər.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında