Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi sayəsində Azərbaycanda tolerantlığın əsası qoyulmuşdur

Qafqaz Müsəlmanları İdarəsində (QMİ) 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirilmişdir. QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə demişdir ki, bu gün xalqımız üçün ikiqat bayramdır. Ona görə ki, iyunun 15-i həm də həzrəti Əlinin mövludu günüdür. A.Paşazadə bu münasibətlə bütün müsəlmanları təbrik etmiş, həzrəti Əlinin islam dinində tutduğu mövqeyindən, islamın inkişafına verdiyi töhfələrdən danışmışdır. 
Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən bəhs edən A.Paşazadə vurğulamışdır ki, ulu öndər Heydər Əliyevin müdrik siyasəti sayəsində Azərbaycan parçalanmaq təhlükəsindən qurtulmuş, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatında əsaslı dönüş başlanmış, əmin-amanlığa və siyasi sabitliyə nail olunmuşdur. Məhz Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti, eləcə də zəngin dövlətçilik təcrübəsi sayəsində Azərbaycanda hər cür ayrı-seçkiliyin qarşısı alınmış, din-dövlət münasibətlərinə aydınlıq gətirilmiş, tolerantlıq ənənələri daha da zənginləşdirilmişdir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov, akademik Vasim Məmmədəliyev, Bakı-Azərbaycan Yeparxiyasının yepiskopu Aleksandr və başqaları çıxış edərək iki görkəmli şəxsiyyətin - həzrəti Əlinin və ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, islama verdikləri töhfələrdən danışmışlar.
Bildirilmişdir ki, mürəkkəb, çətin, ziddiyyətli proseslərin cərəyan etdiyi ağır günlərdə ulu öndər Heydər Əliyevin xalqın iradəsi ilə ölkə rəhbərliyinə qayıtması müstəqilliyimizi məhv olmaqdan xilas etmişdir. Heç də təsadüfi deyildir ki, 1997-ci il iyunun 27-də Milli Məclis xalqımızın istək və arzularını nəzərə alaraq 1993-cü il 15 iyun tarixini Azərbaycan dövlətinin qurtuluşunun başlanğıcı kimi qiymətləndirmiş və həmin günü "Milli Qurtuluş Günü" elan etmişdir.
Natiqlər ümummilli lider Heydər Əliyevin islam dininə böyük önəm verdiyini, bu sahəyə yüksək diqqət və qayğı göstərdiyini, həzrəti Əli şəxsiyyətini yüksək qiymətləndirdiyini qeyd etmişlər. Hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyi xüsusi vurğulanmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında