Mərkəzi Seçki Komissiyasında görüş

İyunun 16-da ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Əli Bilge Cankorel Mərkəzi Seçki Komissiyasında (MSK) sədr Məzahir Pənahovla görüşmüşdür. 
MSK-nın mətbuat xidmətindən bildirmişlər ki, Azərbaycanda fəaliyyət müddətinin başa çatdığını qeyd edən səfir səmimi və faydalı əməkdaşlığa görə MSK sədrinə təşəkkür etmiş, ATƏT-lə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası arasında sıx əməkdaşlığın mövcudluğundan məmnunluğunu bildirmişdir. O, bu əlaqələrin Azərbaycanda demokratik təsisatların daha da inkişaf etdirilməsində əhəmiyyətli olduğunu vurğulamışdır.
M.Pənahov komissiya ilə ATƏT arasında yaranmış səmimi və uğurlu əməkdaşlığı xatırlatmış, əlaqələrin bundan sonra da yüksək səviyyədə davam etdiriləcəyindən əmin olduğunu qeyd etmişdir. O, səfirə fəaliyyəti dövründəki konstruktiv əməkdaşlığa görə minnətdarlığını bildirmişdir.
Görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında