Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edir

Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, mövcud qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxs nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılacaq və inzibati məsuliyyətə cəlb ediləcək.
İdarə avtomobil sürücülərinin və sahiblərinin nəzərinə çatdırır ki, standarta əsasən minik avtomobillərində sürücü üçün görünüşü təmin edən sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin (güzgü-şüşələrdən başqa) işıqburaxma qabiliyyəti aşağıda göstərilən hədlərdən aşağı olmamalıdır.
Küləyə qarşı şüşələr (alın şüşəsi) üçün - 75 %, küləyə qarşı olmayan qabaq yan şüşələr üçün - 70 % , küləyə qarşı olmayan arxa yan şüşələr üçün - 60 %.
İdarədən bildirilib ki, göstərilən faizlər sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin tündləşmə deyil, işıqburaxma qabiliyyətini müəyyən edən hədlərdir.
"Yol hərəkəti haqqında" qanuna müvafiq olaraq hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda minik avtomobillərinin arxa şüşələrinə örtük (pərdə və plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir.
Avtonəqliyyat vasitələrinin işıqburaxma həddi müəyyən edilmiş küləyə qarşı alın, küləyə qarşı olmayan qabaq və arxa yan şüşələrinə örtüklərin (pərdə və plyonkaların) çəkilməsi qadağandır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında