"Azərbaycan - doğma diyar" devizi altında Milli Azlıqların İncəsənəti III Respublika Festivalı keçirilir

Ümummilli lider Heydər Əliyevin fəaliyyətində azsaylı xalqların mədəniyyətinə diqqət və qayğı daim xüsusi yer tutmuşdur. Elə məhz həmin siyasətin davamı olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də bu həssas məsələyə hər zaman önəm verilmiş, son illər ərzində azsaylı xalqların yaşadığı bölgələrin sosial-iqtisadi inkişafı üçün misli görünməmiş tədbirlər həyata keçirilmişdir.
YUNESKO-nun 20 oktyabr 2005-ci il tarixində qəbul etdiyi "Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiya"ya uyğun olaraq, Azərbaycan Respublikasında yaşayan milli azlıq və etnik qrupların mədəniyyəti Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi inkişaf edir. Bu xalqların milli mədəniyyətinin, incəsənətinin, adət-ənənələrinin və dilinin qorunub saxlanılması üçün məqsədyönlü iş aparılır.
Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə 2006, 2008-ci illərdə respublikada "Azərbaycan-doğma diyar" devizi altında keçirilmiş azsaylı xalqların incəsənəti festivalı respublikanın ictimai-mədəni həyatında mühüm hadisə kimi yadda qalmışdır. "Azərbaycanın ənənəvi musiqi atlası" və "Azərbaycan etnik musiqisinə həsr olunmuş albom" hazırlanmış, respublikanın görkəmli alimlərinin iştirakı ilə təşkil edilmiş "Azsaylı xalqların mədəni irsi və müasirlik" və "Milli azlıqların mədəni irsinin qorunması" mövzularında elmi konfranslarda maraqlı məruzələr dinlənilmiş, Muzey Mərkəzinin sərgi salonunda azsaylı xalqların və etnik qrupların həyat və yaşayış tərzini əks etdirən böyük fotosərgi nümayiş etdirilmişdir.
Azərbaycan Dövlət Musiqili Komediya Teatrında və Rəşid Behbudov adına Mahnı Teatrında Bakı şəhərində və respublikamızın 15-dək rayonunda fəaliyyət göstərən və demək olar ki, bütün milli azlıq və etnik qrupları təmsil edən, 800 nəfər iştirakçını özündə birləşdirən 40-dan çox kollektivin çıxışları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır.
Görülən işlərin davamı olaraq, Azərbaycan Respublikasında yaşayan milli azlıq və etnik qrupların mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi, habelə xalqlar arasında qarşılıqlı anlaşma və tarixi dostluq münasibətlərinin möhkəmləndirilməsi məqsədilə 2011-ci ilin 14-18 iyun tarixlərində Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə "Azərbaycan - doğma diyar" devizi altında Azərbaycanda yaşayan Milli Azlıqların İncəsənəti III Respublika Festivalı keçirilir. Festivalın Təşkilat Komitəsi yaradılmış, nazirliyin müvafiq şöbələri festivalın keçirilməsinə səfərbər olunmuş, festivalın emblemi, afişası, dəvətnamələri hazırlanmışdır.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, 2011-ci il iyun ayının 16-da saat 15.00-da Muzey Mərkəzində "Qloballaşma dövründə Azərbaycanda etnik mədəniyyət" mövzusunda dəyirmi masanın keçirilməsi, daha sonra 5 dildə "Azərbaycanda yaşayan xalqların mahnıları" CD diskinin hazırlanması nəzərdə tutulmuşdur. Lənkəran, Şəki şəhər, Astara, Masallı, Lerik, Balakən, Zaqatala, Qax, Qəbələ, Quba, Qusar, Saatlı, İsmayıllı, Şabran rayon mədəniyyət və turizm şöbələri tərəfindən azsaylı xalqların bədii kollektivlərinin Bakı şəhərinə ezam edilməsi və festivalda iştirakı təmin olunmuşdur. Festivalın yekun konserti 2011-ci il 18 iyun, saat 18.00-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçiriləcək.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında