Enerji təhlükəsizliyi yüksək səviyyədə təmin edilir

Cari ilin əvvəllərindən etibarən Bakı şəbəkə rayonu üzrə xüsusilə paytaxtın enerji təminatının sabitliynin və dayanıqlığının təmin edilməsi məqsədilə bir sıra enerji obyektlərində sistem əhəmiyyətli təmir-bərpa işləri həyata keçirilmişdir. Növbəti payız-qış mövsümünə hazırlıq məqsədi daşıyan bu kimi tədbirlər hazırda da davam etdirilir.
Abşeron Regional Elektrik Şəbəkəsi üzrə görülmüş işlər də bu baxımdan diqqəti cəlb edir. "Azərenerji" ASC-nin mətbuat xidmətindən aldığımız məlumata görə, 500 kilovoltluq "Abşeron" yarımstansiyasında 330 kV-lik 4-cü "Şirvan" hava xəttinin gərginlik və cərəyan transformatoru, boşaldıcısı və xətt ayrıcısı təmir edilmişdir. Eyni zamanda, 800 MVA-lıq 2 saylı avtotransformatorun elektrik avadanlıqlarında da müxtəlif təyinatlı yenidənqurma və təmir işləri görülmüşdür. Bundan əlavə, 220 kV-lik "Xırdalan" yarımstansiyasında hər biri 16 MVA olan 4 və 5 saylı transformatorlar, ümumi gücü 1590 KVA olan 1, 2 və 3 saylı xüsusi sərfiyyat transformatorları təmir edilmişdir. Həmçinin 220 kV-lik 4-cü "Abşeron", 110 kV-lik 1-ci "Binəqədi", 3 -cü və 4-cü "Buta", eləcə də "Xırdalan" hava xətlərinin elektrik avadanlıqlarında da təmir işləri həyata keçirilmişdir.
220 kV-luq "Səngəçal", 110 kV-luq "Binəqədi", "Puta" və "205" yarımstansiyalarında görülən işlər də bu tədbirlər sırasına aid edilir. İlin əvvəlindən bu yarımstansiyalarda müxtəlif təyinatlı yenidənqurma işləri həyata keçirilmişdir. Eyni zamanda, "Binəqədi" yarımstansiyasında 110 kV-lik II və IV "Binəqədi" hava xətlələri, 63 MVA-lıq 1 saylı transformatoru da SKADA sxeminə qoşulmuşdur. Şəhərin mərkəzi hissəsinin enerji təchizatının dayanıqlığının daha da möhkəmləndirilməsi məqsədilə 220 kV-lik "Müşfiq" yarımstansiyasında konkret tədbirlər həyata keçirilir. Belə ki, burada elektrik avadanlıqlarında aparılan müxtəlif təyinatlı təmir işləri ilə yanaşı, 3 saylı avtotransformatorun soyutma sisteminin idarə edilməsi siyirtməsi bərpa edilmiş, VI "Abşeron" hava xətti, hər birinin gücü 250 MVA olan 1 və 2 saylı avtotransformatorların mühafizə, ölçü cihazlarının dövrələri SKADA sxeminə qoşulmuşdur.
Müəssisənin balans mənsubiyyətinə aid olan hava elektrik verilişi xətlərində də bir sıra təmir-bərpa işlərinin yerinə yetirlməsini bildirən mənbənin məlumatına görə, 220 kV-lik I "Şirvan" hava xəttində ildırımötürücü buraz təmir edilmiş, sınıq və sıradan çıxmış avadanlıqlar yenisi ilə əvəz edilmişdir. Eyni zamanda, 220 kV-lik "Ağsu" hava xəttində deformasiyaya uğramış dəmir aralıq dayağın yerinə yeni 2 ədəd dəmir-beton dayaq quraşdırılmış, digər anker dayaqlarda ilgəklər və xətt armaturları təftiş edilmişdir. 110 kV-lik I "Ələt" hava xəttində mövcud aralıq ağac dayaq isə dəmir-beton dayaqla əvəzlənmişdir. Burada eyni zamanda, digər fiziki və mənəvi aşınmış avadanlıqların dəyişdirilməsi işləri də yerinə yetirilir. Məsələn, IV "Puta", I "Hövsan", II "Xırdalan" və digər hava elektrik verilişi xətləri üzrə yerləşən dayaqlardakı izolyator zəncirlərinin və bərkidici qovşaqların bərpası, məftillərin təmiri, torpaqlama konturlarının yeniləri ilə əvəz edilməsi buna bariz nümunədir.
Göründüyü kimi, təmir-bərpa işləri Bakı və paytaxtətrafı zonaların enerji təhlükəsiziliynin yüksək səviyyədə təmin edilməsi istiqamətində atılan mühüm addımdır və bu işlər ilin qalan dövrü ərzində də davam etdiriləcəkdir.

{nl}

M. YAQUBZADƏ, "Xalq qəzeti"

{nl}

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında