Nəsimi rayonunda Milli Qurtuluş Günü qeyd olunmuşdur

Nəsimi rayonunda 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar yığıncaq keçirilmişdir. 
Tədbiri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Zahid Xəlilov açaraq bildirmişdir ki, 1993 - cü ilin iyun ayında xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli liderimiz Heydər Əliyev ölkəmizi parçalanmaq, dövlətimizi məhv olmaq, Azərbaycanı dünya xəritəsindən silinmək təhlükəsindən xilas edərək öz tarixi missiyasını yerinə yetirdi və müstəqil Azərbaycan dövlətinin memarına çevrildi. Bütün şərəfli ömrünü doğma Vətəninin çiçəklənməsinə həsr etmiş bu dahi şəxsiyyətin hakimiyyətə qayıdışı ilə qısa müddət ərzində hərc - mərcliyə son qoyuldu, cəbhədə atəşkəsə nail olundu, xalqımız, dövlətçiliyimiz, müstəqilliyimiz xilas edildi və Azərbaycan bütün sahələrdə böyük inkişaf yoluna qədəm qoydu.
Ümummilli liderimiz Heydər Əliyevin müdrik daxili və xarici siyasəti nəticəsində hüquqi demokratik dövlət quruculuğu sahəsində böyük işlər görülmüş, genişmiqyaslı islahatlar həyata keçirilmişdir. Bugünkü qüdrətli, inkişaf yolu ilə irəliləyən Azərbaycana görə hamımız ulu öndərimizə minnətdarıq. Ümummilli liderimizin Azərbaycanın hərtərəfli inkişafına yönəlmiş siyasəti bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Rayon icra hakimiyyəti təhsil, səhiyyə, mədəniyyət şöbəsinini müdiri Xalid Kərimovun ümummilli liderimiz Heydər Əliyevin fəaliyyəti ilə bağlı geniş məruzəsi dinlənildi. Natiq bildirdi ki, ulu öndərimizin rəhbərliyinin birinci dövründə ölkəmiz SSRİ -nin geridə qalmış əyalətlərinin birindən nəhəng iqtisadi potensiala malik respublikaya çevrildi. Bu dövrdə elm, mədəniyyət və təhsildə böyük uğurlara nail olundu. Müstəqil Azərbaycanda qısa bir müddət ərzində sosial - iqsadi sahədə qazanılan uğurlar ümummilli liderimizin hələ ötən əsrin 70-80 -ci illərində formalaşdırdığı sənaye və istehsal potensialından qaynaqlanır.
Sonra Nəsimi Bələdiyyəsinin sədri Natiq Abbasov, rayon gənclər və idman idarəsinin rəisi Elbrus Abdullayev, 133 nömrəli orta məktəbin direktoru Füzuli Həsənov çıxış etdilər. Zahid Xəlidov yığıncağa yekun vurdu.

{nl}

Ayaz HƏMİDOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında